Saçınızı hər gün yuyun
Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir. Bu, saçın təbii olması və yağlanması üçün faydalıdır.
Tonal kremdən istifadə edin
Üzünüzdəki izləri və qüsurları yox etmək üçün üzünüzün hər tərəfini tonal kremlə örtmək lazım deyil. Tonal kremi yalnız, qüsurlu olduğunu düşündüyünüz hissəyə dairvə şəkildə tətbiq edin. Üzünüzün digər hissələri kremsiz və təbii qala bilər.
Dırnaqların ətrafındakı dərini kəsin
Bu, hər kəs üçün keçərli məsləhət deyil. Həmin dəri dırnaqları zərərli bakteriyalardan qoruyur. Çox kəssəniz,orada infeksiya yarana bilər. Artıq ətlər kənara çıxıbsa və mane olursa, o hissələri nazik şəkildə kəsə bilərsiniz.
Saçlarınızı hər 6- 8 həftədən bir kəsin
Bu qayda sadəcə qısa saçı sevən və ya saçları qısa olan qadınlar üçün nəzərdə tutulub. Qısa saçlar 6 ya da 8 həftədən bir öz modelini dəyişir. Bu səbəbdən də bu proses saçlarınızın uzanmasının qarşısını alacaq.
Kosmetik vasitələrdən düzgün istifadə edin
Quruyan və dəridən tökülən ölü təbəqələri təmizləmək üçün qadınlar ölü dəri hüceyrələrini tökən kosmetik məhsullardan istifadə edirlər. Dərinin dəyişməsi təbii şəkildə baş verməlidir. Kosmetik məhsullar isə dərini zədələyə bilər.
Alt göz qapaqlarına layner çəkməyin
Bu, gözləri kiçik və ya qıyıqgöz olanlar üçün tövsiyə edilir. Fərqli göz quruluşuna sahib olan hər kəs gözün alt və üst hissəsinə layner çəkə bilər. Bu baxışlarınızı daha cazibədar və çarpıcı edəcək.
Əvvəlcə şampundan istifadə edin, sonra isə saçı nəmləndirin
Quru və ya qalın saçlı insanlar əvvəlcə şampundan sonra isə balzamlardan istifadə etməlidirlər. Yağlı saçlı insanlar isə bunu əksinə tətbiq etməlidir. Bu saçlarınızı nəmdirməyə və təmizləməyə yardım edər.
Parlaq göz kölgələrindən istifadə edin
Parıltılı kölgələr sadəcə gənclər üçün nəzərdə tutulmayıb. Parıltılı kölgələr gözlərinizi daha cəzbedici edir və qırışları örtür.
Samirə Tağıyeva