gozellik

Gözəl görünmək üçün nələri etməlisiniz?

Baxış sayı: 386

Saçınızı hər gün yuyun

Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir. Bu, saçın təbii olması və yağlanması üçün faydalıdır.

 

Tonal kremdən istifadə edin

Üzünüzdəki izləri və qüsurları yox etmək üçün üzünüzün hər tərəfini tonal kremlə örtmək lazım deyil. Tonal kremi yalnız, qüsurlu olduğunu düşündüyünüz hissəyə dairvə şəkildə tətbiq edin. Üzünüzün digər hissələri kremsiz və təbii qala bilər.

 

Dırnaqların ətrafındakı dərini kəsin

Bu, hər kəs üçün keçərli məsləhət deyil. Həmin dəri dırnaqları zərərli bakteriyalardan qoruyur. Çox kəssəniz,orada infeksiya yarana bilər. Artıq ətlər kənara çıxıbsa və mane olursa, o hissələri nazik şəkildə kəsə bilərsiniz.

 

Saçlarınızı hər 6- 8 həftədən bir kəsin

Bu qayda sadəcə qısa saçı sevən və ya saçları qısa olan qadınlar üçün nəzərdə  tutulub. Qısa saçlar 6 ya da 8 həftədən bir öz modelini dəyişir. Bu səbəbdən də bu proses saçlarınızın uzanmasının qarşısını alacaq.

 

Kosmetik vasitələrdən düzgün istifadə edin

Quruyan və dəridən tökülən ölü təbəqələri təmizləmək üçün qadınlar ölü dəri hüceyrələrini tökən kosmetik məhsullardan istifadə edirlər. Dərinin dəyişməsi təbii şəkildə baş verməlidir.  Kosmetik məhsullar isə dərini zədələyə bilər.

gozellik

Alt göz qapaqlarına layner çəkməyin

Bu, gözləri kiçik və ya qıyıqgöz olanlar üçün tövsiyə edilir. Fərqli göz quruluşuna sahib olan hər kəs gözün alt və üst hissəsinə layner çəkə bilər. Bu baxışlarınızı daha cazibədar və çarpıcı  edəcək.

 

Əvvəlcə şampundan istifadə edin, sonra isə saçı nəmləndirin

Quru və ya qalın saçlı insanlar əvvəlcə şampundan sonra isə balzamlardan istifadə etməlidirlər. Yağlı saçlı insanlar isə bunu əksinə tətbiq etməlidir. Bu saçlarınızı nəmdirməyə və təmizləməyə yardım edər.

 

 Parlaq göz kölgələrindən istifadə edin

Parıltılı kölgələr sadəcə gənclər üçün nəzərdə tutulmayıb. Parıltılı kölgələr gözlərinizi daha cəzbedici edir və qırışları örtür.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir