gul

Gül hədiyyə edərkən edə biləcəyiniz səhvlər – KİŞİLƏRİN MENYUSUNA

Baxış sayı: 1. 197

Bəlkə də insanlar var ki, gül hədiyyə etmək onlarda rahat alınır. Lakin bir çoxumuz üçün bu əsl sınaqdır. O, hansı buketi görmək istəyir? Əlbəttə ki, peşəkar floristlərə müraciət etmək olar, lakin onun xidmətləri baha başa gələcək. Əsas odur ki, bir sıra yanlışa yol verməyəsən.

Sizə onlardan danışaq:

1)Sarı zanbaqlar – ayrılıq rəmzidir

Sarı güllər, xüsusən də zanbaqlar xəyanət, ayrılıq və günahların yuyulmasının rəmzi sayılır. Ola bilsin ki, sevdiyiniz xanımın belə şeylərdən xəbəri yoxdur. Lakin hər halda risk etməyə lüzum yoxdur.

 

2) Qərənfil – ən ucuz gül

Ona qərənfil hədiyyə etsəniz, böyük ehtimalla ortada inciklik yaranacaq. Çünki elə təəsürat yaranacaq ki siz ona qiymət vermirsiniz. Həmçinin qərənfil qəbirstanlıq gülü də sayılır. Bir sözlə, gül dükanına girdikdə qərənfilə tərəf getməyin.

 

3) Qızılgül – ehtiras rəmzi

Əgər səbəb romantik gecə keçirtməkdirsə ona qızılgül alın. Bu sevgi, ehtiras, romantika rəmzidir.

 

4) Cüt sayda gülü yalnız məzar üstünə apararlar

Yadda saxlayın. Ən böyük səhvlərdən biri sevdiyiniz qadına cüt sayda gül hədiyyə etməkdir. Hər bir qadın nəyi də bilməsə, bunu bilir ki, cüt sayda çiçəklər qəbirüstünə qoyulur. Düzdür, böyük buket olsa, heç kim orada güllərin sayını yoxlamacayacaq. Amma yenə də ehtiyyatlı olmaq lazımdır.

5) 3 dənə gül – romantik deyil

Bu formul daha dəqiq belədir: bir gül – diqqət, 3 – hörmət, 5 – etiraf, 7 isə sevgi rəmzidir. Bir sözlə, nə qədər çox olsa o qədər yaxşı.

 

6) Ağ güllər – günahsızlıq və fərahlıq komplimentidir

Gəlinin buketini boş yerə ağ tona etmirlər. Əgər sevdiyiniz qız özünü günahsız kimi qələmə verirsə, rahat şəkildə ona ağ güllərdən ibarət buket hədiyyə edin. O, bunu sənin tərəfindən edilən diqqət və qayğı rəmzi kimi alqılayacaq.

7) Evə “torpaq” gətirməyin

Əgər sevdiyin qadının evində dibçəkli güllərin olub-olmamasından əmin deyilsinizsə, torpağa basırılmış gül kolu hədiyyə etməyə tələsməyin. Belə bir fikir var ki, evə gətirilən torpaq bədbəxtçiliyə yol açır.

 

8) Süni güllər – ölülər üçündür

Ən dəhşətli jestlərdən biri qadına süni gül hədiyyə etməkdir. Çünki adət üzrə süni güllərdə məzar üstünə qoyulur. Əgər münasibətlərinizin başlamadan bitməyini istəmirsənsə qətiyyən bunu etməyin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir