“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə gülkələmi şorbasının hazırlanma qaydasını təqdim edəcəyik.
Tərkibi:
400 q gülkələmi
300 q toyuq filesi
göy soğan və ya 150 q baş soğan
duz
istiot
Hazırlanması:
Fileni kubik doğrayın. Soğanı xırdalayın. Toyuq ətinin üzərinə 2 l su töküb qaynamağa qoyun. Qaynara düşəndən sonra daha 15 dəqiqə qaynadın (kəfini yığın). Soğanı əlavə edin. Gülkələmini əlavə edin. Duz, istiot vurun, 10 dəqiqə bişirin. Blenderin köməyilə əzin. Süfrəyə verərkən üzərinə doğranmış göyərti səpin.
Nuş olsun!
Təqdim etdi: Məsudə Sultan