yat

Günorta yatmağın hansı faydaları var?

Baxış sayı: 3. 437

İndi insanlar günorta saatlarında yatmağa “günorta uşaqlar yatar” deyə  boş yanaşır. Ya da ağır iş həyatı ilə bağlı olaraq günorta yatmağa vaxt olmur. Halbuki gün ərzində azca yatmağın diqqəti artırdığı, bacarıqları yaxşılaşdırdığı, hafizə və zəkanı inkişaf etdirdiyi deyilir.

Yuxu beyin funksiyalarını və görmə bacarığını inkişaf etdirir, fiziki və ruhsal yaxşılaşmanı sürətləndirir.

Öyrənilməsi çətin olan kəlmələri yaddaşda saxlamaq üçün həm gecə, həm də gündüz yuxusunun faydaları var.

Araşdırma zamanı bir fincan qəhvədəki kafein ilə 60-90 dəqiqə gündüz yuxusunun fərqli hafizə testləri üzərində testi müəyyən edilib.

Qəhvənin heç bir təsirinin olmadığı görülərkən, günorta yuxusunun hafizə performansını inkişaf etdirdiyi təsbit edilib.

Kafein yeni məlumatların uzun müddətli hafizəyə yerləşməsini əngəlləyir.

Gündüz yuxusunun iş yerində performansı artırdığı görüldüyü üçün bəzi iş yerlərində işçilərə gündüz yuxusu üçün şərait yaradılır. Kompüter istehsalçısı “HubSpot” adlı şirkətin Massaçusestdəki ofisində bir otaq məhz bunun üçün ayrılıb.

Gündüz azca gözlərini yumub yuxuya getmək üçün ən ideal saatın 2 ilə 4 arasında olduğu deyilir. Səhər yuxusundan oyandıqdan 6-8 saat sonra gözləri yumub yuxu almaq ən uyğun zaman hesab olunur.

Gücünüzü toplamaq istəyirsizsə, günün daha irəli saatlarında, yaradıcılığınızı artırmaq istəyirsizsə, daha erkən saatlarda azca gözlərinizi yumub yuxunuzu alın. 60-90 dəqiqə yatmaq olar.

Günortadan sonra 10 dəqiqəlik yatmaq gecədən qaynaqlanan narahatçılığı aparırır.

Hazırda isə insanlar üçün beyin dalğaları və göz hərəkətlərini incələyərək ən doğru zamanda insanı oyadan ağıllı yuxu maskaları icad edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir