you

Uşaqlar üçün “YouTube”

Baxış sayı: 1. 965

“Google” şirkəti fevralın 23-də “Android” mobil platforması üçün “YouTube Kids” tətbiqini istifadəyə verəcək. “İCTnews” “itc.ua” saytına istinadən bildirir ki, mobil tətbiq mümkün dərəcədə sadələşdirilib. Məsələn, şərhlər və başqa elementlər yoxdur. Bütün düymələrin ölçüsü böyüdülüb ki, onlara asan şəkildə barmaqla sıxmaq mümkün olsun.

“YouTube Kids” mobil tətbiqində “YouTube”da bəzi sözlərin axtarışını bloklayan valideyn nəzarəti funksiyası əlçatan olacaq.

Mətni klaviaturada yığa bilməyən uşaqlar səsli axtarışdan istifadə edə biləcək. Əsas ekranda məşhur uşaq verilişləri göstəriləcək və yuxarı hissədə əyləncə, öyrədici və məşhur videolar arasında keçid üçün ikonkalar olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir