zumrud haqverdiyeva

Həyəcanın qarşısını necə almaq olar? – “SEANS VAXTI”

Baxış sayı: 612

Şübhəsiz ki, həyatının  hər bir sahəsində həyəcandan dolayı  işini yarımçıq qoymalı olan və ya arzuladığı nəticəni  əldə edə bilməyən insanlar var. Həyəcan anlayışının uğur üçün müsbət tərəfləri olsa da, uğurun təsirini azaldacaq bir çox mənfi cəhətlər də var. “O, həyəcandan huşunu itirdi” və.s  Bu cür terminləri eşitmisiniz. Həyəcan; tez-tez iş müsahibələrində, imtahan zamanı, mühüm görüşlərdə özünü göstərir.

Həyəcanın əsası bir şeyin edilə bilməyəcəyi düşüncəsi və ya həddindən artıq xoşbəxtlik hissi ola bilər. Xoşbəxtliyə əsaslanan həyəcan adətən idarə oluna bilir, lakin qorxulu tapşırıqlar həyəcanın idarə edilməsi prosesinə təsir edə bilər. Həyəcanın  idarə edə bilmədiyimiz zaman hər şey gözləmədiyimiz kimi ola bilər. Xüsusilə mühüm iş müsahibələri və ya imtahanlardan əvvəl yaşanan həyəcan səviyyəsi.

 

Həyəcanın səbəbləri nələrdir?

1) Genetik meyllər

2) Səhv etməkdən qorxmaq

3) İşdə və təhsildə etibarsızlıq

4) Uşaqlıq travmaları

5) Təsdiqlənməmək qorxusu

6) Rədd edilmə qorxusu

 

Həyəcanın qarşısını almaq üçün hansı üsullar var?

1) Nəfəs alma məşqlərini sınayın. Əhəmiyyətli bir müsahibə və ya imtahanda hiss etdiyiniz həyəcan əlamətlərini minimuma endirmək üçün nəfəs məşqlərini sınaya bilərsiniz. Müntəzəm nəfəs məşqlərini vərdiş halına gətirmək həyəcan səviyyənizi v minimuma endirəcəkdir.

2) Uğura inamınızı itirməyin. Uğur inancının azalması düşüncəsinin formalaşması həyəcan səviyyəsinin nəzarətsiz şəkildə artmasına səbəb olacaq. Uğura aparan hər bir yolda olduğu kimi, həyəcan səviyyənizi tarazlaşdırmaqda əmin olmalısınız. Məsələn, həyəcan yaradacağını düşündüyünüz vəziyyətlərdən əvvəl müvəffəqiyyətli olduğunuzu özünüzə xatırlada bilərsiniz.

3) Sizi maraqlandıran insanlarla danışın. Həyatınızda önəm verdiyiniz insanlarla təmasda olmaq   həyəcan səviyyənizi azaltmağa kömək edəcək. Xüsusilə dəyər verdiyiniz insanlarla danışaraq hisslərinizi ifadə edə və həyəcanınızı idarə edə bilərsiniz.

4) Səhv etməkdən qorxmayın. Mükəmməl olmaq istəyi və səhvlərə yol verməmək həyəcan səviyyənizi artıracaq və narahatlığa səbəb olacaq. Məsələn, hər kəs səhv edə bilər və səhvlər insanlar üçün mövcuddur. Mükəmməl olmaq istəyinizi ağlınızdan çıxararaq həyəcanınızı minimuma endirə bilərsiniz.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir