tort

Gilas peçenyesi necə hazırlanır? – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 431

Görünüşü heyranedici olan və asan hazırlanan peçenye istəyirsinizsə, “Gencaile.az” saytının “Şirin süfrə” rubrikasında instagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən ləzzətli gilas peşenyesinin reseptini təqdim edirik.

 

Tərkibi:

250 qr kərə yağı və ya marqarin yağı

9 qəhvə fincanı un

3 qəhvə fincanı şəkər kirşanı

1 çay qaşığı qırmızı qida boyası

apardığı qədər fındıq

gilas saplağı

Bulamaq üçün şəkər tozu

GILAS PECENYESI

Hazırlanma qaydası:

Bir qabda yağ, un və şəkər kirşanını qarışdırıb xəmir yoğurun. Xəmirdən gilas böyüklüyündə kündələr qoparıb ovucunuzun içərisində açın. Kündənin orta hissəsinə bir ədəd bütöv fındıq qoyub xəmiri yuvarlayıb gilas forması verin. Xəmirə gilas saplağını batırın və əvvəlcədən 175 dərəcə qızdırılmış sobada bişirin. Bir qabda su və qida boyasını qarışdırın. Bişən peçenyeləri isti-isti rəngli suya batırın və şəkər tozuna bulayın.

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir