geyim

Hansı geyimlər qadını bayağı və yaşlı göstərir?

Baxış sayı: 2. 519

Düzgün seçilən geyim nəinki bədən quruluşundakı nöqsanları, həm də yaşınızı gizlədə bilər. Yerində olmayan bir detal, bəzi detalları, eləcə də, bütün paltar gənc qızı bayağı qarıya çevirə bilər. Bəs yaşlı görünməmək və ya dəb aləminin şıltaq xarakterinə uyğunlaşmaq üçün necə geyinməli?

 

Cavan geyimi

20-30 yaş qrupuna aid qadınlar üçün dəb məsləhətləri:

  • Çanta ilə eyni tonda ayaqqabılar və dəst bijuteriya bu gün çox aktual olmayan detallardır. Bu detallar qadını iki-üç yaş böyük göstərir.
  • Üzə xəstə solğunluğu verən rənglərdən uzaq durun.
  • Atlas, məxmər kimi təmtəraqlı parçadan tikilən paltarları gündüz geyinmək də qadına xal qazandırmır.
  • Öz yaşından böyük görünməmək üçün bütün işıqlı rənglərdən və çəhrayıdan istifadə edin. Həmin rənglər üzə qeyri-adi təravət bəxş edir.
  • Qadını qara paltardan daha zərif, daha qəşəng və daha cəlbedici göstərən heç nə yoxdur. Təəssüf ki, başdan ayağa qaraya bürünmək də qadını qocaldır. Xoşbəxtlikdən əlvan şərf, aksessuar və ayaqqabının köməyi ilə qaranın mənfi təsirini aradan qaldırmaq mümkündür.
  • Müxtəlif cübbələri olan və bədən quruluşunu korlayan geyimləri almayın. Belə fasonlar, əsasən, 90-60-90 model parametrləri olan qızlara yaraşır.
  • Yubkanın uzunluğunu düzgün müəyyənləşdirin. Bəzi qadınlara dizdən bir qədər aşağı, ayaqları gözəl olan xanımlara isə qısa yubkalar daha çox yaraşır.
  • Bahalı daş-qaşların ucuz variantları çox təhlükəlidir. Onlar cazibədar görünmək arzunuzu ürəyinizdə qoya, hətta sizi gülməli vəziyyətə sala bilər. Sadəlik bütün hallarda ən yaxşı dostdur.
  • Hər gün olmasa da, bəzi günlər dikdaban ayaqqabı geyinin. Yaxşı ayaqqabı istənilən qadını valehedici göstərir və arzuolunan edir.
  • İstənilən ifratlardan və avanqard üslubdan çəkinin. Təbiilik və harmoniya zərif cinsin nümayəndələrinin əksəriyyətinə yaraşır. Öz üslubunuzu tapmağa çalışın, çatışmazlıqları gizlədən, gözəlliyinizi vurğulayan elementlərdən istifadə edin. Onu da yadda saxlayın ki, qadının ən gözəl bəzəyi onun individuallığıdır.

Yaşlı geyimi

Yaşa dolduqca əksər qadınlar geyim-kecimə fikir vermir, “Onsuz da qocalmışam”, deyirlər. Ancaq qocalıqla mübarizə aparanlar da var. Belələri parlaq, hətta ədəbsiz, bir çox hallarda daha çox gənclərə xas geyimlər alırlar. Bütün bunlar bəzi hallarda ciddi dəb xətaları ilə yekunlaşır.

Belə xətalara yol verməməkdən ötrü 40-50 yaş qrupuna aid olan qadınlar aşağıdakı məsləhətlərə əməl etməlidir:

  • Yaşlı nəslin nümayəndələrinin üstünlük verdiyi geyim tərzi  bir qayda olaraq sadəliyi və rahatlığı ilə seçilir. Ən kədərlisi odur ki, yaşlı kateqoriyaya aid edilən geyimlərin çoxu: mini dekolte, alçaqdaban ayaqqabı qadının yaşının üstünə yaş əlavə edir.
  • Bahalı kürk ilə ictimai nəqliyyatdan istifadə etsəniz, o, sizi dərhal yaşlı qrupa aid edəcək. Bunu geyinən kimi yaşınızın üstünə əlavə olaraq 10 yaş gələcək. Xəzlər nə qədər gözəl olsa da, onlar qadını amansızcasına bir  neçə il qocaldır.
  • Mağazada xoşunuza gələn hər hansı geyimi gördükdə onun  yaşınıza uyğunluğu üzərində çox düşünməyin. Lakin onu geyinəndə güzgünün önündə dayanıb oradakı əksinizə baxın. Xüsusən də, üzünüzə baxın, qalan hissəni ümumi nəzərdən keçirin. Əgər güzgüdə üzünüzdə şuxluq, gənclik eşqi və qadın hiyləsi yazılıbsa, deməli, o geyimin yaşamaq hüququ var. Əgər güzgüdə yorğun sima görür və yaxud özünüzü əxlaqsız qadın kimi hiss edirsinizsə, geyimi dərhal geri qaytarın və başqa bir paltar seçin. Çünki dəb tənqidçiləri bildirirlər ki, hər hansı paltarı, xüsusilə dekolteli və parlaq geyimləri geyinmək üçün bədəniniz ona hazır olmalıdır. Əks halda, kənardan birmənalı qarşılanmayacaqsınız.
  • Ümumiyyətlə, eyni vaxtda bütün dəb cərəyanları ilə ayaqlaşmaq lazım deyil. Həmçinin onların hamısını ixtisara salmaq da doğru deyil. Gənclik dövrünüzdə sınanmış fasonlardan imtina etmək yaxşı fikir deyil. Siz müasir insansınız. Yaraşırsa, niyə də geyinməyəsiniz?
  • Məhz indi qəbul olunmuş geyimlər alın. Cins şalvar, saymazyana-asimmetrik köynəklər yol veriləndir. Bununla yanaşı, həddi aşıb özünüzü cavan görünməyə çalışan qarıya çevirməyin.
  • Standart geyimləri qeyri-standart şəkildə geyinin. Paltar ilə tuflinin, cinslə kedlərin vəhdəti darıxdırıcı və hamının bildiyi kombinlərdr. Siz dəyişiklik edin. Donu kedlə, cins şalvarı isə dikdabanla geyinin.
  • Üstü yazılmış və ya gülməli şəkilli köynək geyinməyə hüququnuz çatır, lakin bu, sizin fakturanız ilə ahəngdə olmalıdır. Ona görə də yaxşı olar ki, şort və ya qısa paltar geyinən zaman qalın kalqotka, yapışan şalvarı isə uzun və ya geniş puloverlə geyinin.
  • Gündəlik obraza mütləq kəmər əlavə edib onun vasitəsi ilə belin incəliyini vurğulayın. Çünki bu sadə detal qadını cavan göstərmək qabiliyyətinə malikdir.

Deyilənlərə əməl etsəniz, heç kim yaşınız barədə düşünməyəcək. Qoca? Gənc? Nə fərqi var? Hər halda istənilən yaşda valehedici görünmək hər bir qadının borcudur. Ən əsası da budur! Və sonda onu qeyd edək ki, insanı geyim deyil, özünə qarşı olan laqeydliyi qocaldır. Öz görkəmini və özünü sevən qadınlarda istənilən geyim yaxşı görünür




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir