idman

Hansı idmanla hansı yaşda məşğul olmaq daha yaxşıdır?

Baxış sayı: 1. 568

Hamıya məlumdur ki, kifayət qədər idmanla məşğul olmaq sağlamlığa müsbət təsir göstərir. Bununla yanaşı, bu təsir çox müxtəlif ola bilər.

Fiziki fəallıq ürək xəstəlikləri riskini azaldır, xərçəngin bəzi növlərindən qoruyur və 2-ci tip diabetin inkişafının qarşısını alır.

Bundan başqa idmanla məşğul olmaq bizim psixi sağlamlığımızı da qoruyur.

Bu zaman orqanizm daha çox endorfin istehsal edir və bu bizim əhval-ruhiyyəmizə, özünə inama müsbət təsir göstərir.

Lakin həmçinin aydındır ki, 20 yaşlı insan üçün idman 40 yaşlı insan üçün məşqlə eyni deyil. Müəyyən bir yaşa uyğun idman növlərinin olduğunu düşünmək daha məntiqli olardı.

Əgər fiziki fəallıq zamanı yaş amilini nəzərə almasaq bəzi hallarda sağlamlığa ciddi zərər yetirə bilərik.

Qadın
Yaşlı vaxtlarda aktiv olmaqla özümüzü sağlamlıqla və yaxşı əhval-ruhiyyə ilə təmin edirik

“The Conversation” jurnalında hansı fiziki fəallığın hansı yaşda sağlamlığı faydası qorumağa kömək edəcəyi ilə bağlı alimlərin müzakirələri dərc olunub.

Dublindəki Trinity College-dəki fizioterapiya üzrə professor Julie Broderick alimlərin müxtəlif yaş qruplarının nümayəndələri üçün ümumi tövsiyələrindən danışır.

 

Uşaqlıq

Fiziki məşq uşaqlara inkişaf etməyə, əzələləri möhkəmləndirməyə, özünə və gücünə inamı inkişaf etdirməyə, yuxunun sağlam rejimini qorumağa və gümrah olmağa köməklik edir.

Uşaq
Uşağın “sərbəst” fiziki fəallığa – parkda və ya uşaq meydançasında oynamağa vaxtının olması vacibdir.

Uşaqlıq dövründə uşağın müxtəlif bacarıqlarını inkişaf etdirməsi üçün idmanın bütün növləri ilə məşğul olmasını sınaqdan keçirmək vacibdir.

Bunun üçün üzgüçülükdən tutmuş güləşə qədər hamısı uyğundur. Həmçinin uşağın “sərbəst” fiziki fəallığa – parkda və ya uşaq meydançasında oynamağa vaxtının olması vacibdir.

 

Yeniyetməlik yaşı

Böyüdükcə uşaqların idmana olan marağı bir qayda olaraq azalmağa başlayır, xüsusilə bu, qızlar üçün səciyyəvidir, Broderick belə deyir.

Lakin bu yaşda idmanla məşğul olmaq təkcə yaxşı fiziki formada qalmağa deyil, yeniyetmələr üçün səciyyəvi olan stressin səviyyəsini azaltmağa və qorxulardan xilas olmağa köməklik edir.

Bu yaşda idmanın komanda oyunlarına üstünlük verilir.

Bu, idmanla məşğul olan zaman motivasiyanı qoruyub saxlamağa, yeniyetmənin ünsiyyət dairəsini genişləndirməyə və intizama riayət etməsinə köməklik edəcək.

Yeniyetmə qızlar
Yetkinlik yaşında əsas məsələ uşağın idmana olan marağının azalmamasına kömək etməkdir

Əgər idmanın komanda növü seçilməzsə, o zaman bu üzgüçülük, gimnastika və yüngül atletika ola bilər.

 

20 yaş

Mütəxəssislərin dediyinə görə, biz həyatımızın bu on illiyində idmanda daha yaxşı nəticələr göstərə bilərik. Bu yaşda reaksiyanın sürəti zirvədə olur, gücün bərpa olunması üçün minimal vaxt tələb olunur.

Kiçik və böyük olduğunuz vaxtlardan fərqli olaraq oksigen qana əhəmiyyətli dərəcədə tez daxil olur.

Patrick Burgener 
20 yaşında biz idmanda gözəl nəticələr göstərə bilərik. Şəkildə: isveçrəli xizəksürən Patrick Burgener

Əgər sizin 20-yə yaxın və ya tam 20 yaşınız varsa o zaman bu yaşda maksimal nəticələrə nail olmağa cəhd edin.

İdmanın müxtəlif növlərini – reqbi, avarçəkmə, ağır və yüngül atletikanı sınaqdan keçirin. Məşqlərinizin müxtəlif olmasına çalışın.

Aerobika məşqlərini qeyri-aerobika və güc məşqləri ilə növbələşdirin.

 

30 yaş

Bu yaşda güc əzələlərini qorumaq, ürək-damar sistemini sağlam saxlamaq vacibdir.

Bir qayda olaraq bu yaşda işimiz oturaq və çoxlu ailə qayğılarımız olur. Ona görə də bizə idmanla məşğul olmaq üçün vaxt tapmaq çətindir.

Amma ağılla hərəkət etmək lazımdır. Vaxt azlığına görə məşqlərdən imtina etmək yox, yüksək intensiv intervallı məşqlər (HİİT- məşqləri) kimi tanınan qısa, amma intensiv məşqlə məşğul olmaq lazımdır.

Bu, velosiped sürmək, qaçış, xizəksürmə və üzgüçülükdür.

Məşq
30 yaşda ağılla hərəkət etmək vaxtıdır

Bu yaşdakı qadınlara, xüsusilə ana olanlara çanaq əzələlərini inkişafı etdirmək və möhkəmləndirmək üçün keqel məşqləri tövsiyyə olunur.

Həmçinin məşqlərin sizə sevinc gətirməsi üçün onların müxtəlif olması çox vacibdir.

Əgər bunu etməsəniz, idmana olan maraq tez bir zamanda itəcəkdir.

 

40 yaş

Bu yaşda biz adətən artıq çəki yığmağa başlayırıq.

Ekspertlərin sözlərinə görə, bu yaşda məhz lazım olan güc məşqləridir. Güc məşqləri bizim nəinki artıq çəki yığmağımıza mane olur, həm də əzələ kütləsinin itirilməsini yavaşladır.

Əzələ kütləsinin itirilməsi orta hesabla 10 il ərzində 3-18 faiz təşkil edir.

Kişi ştanq qaldırır
Əgər əvvəllər heç vaxt idmanın güc növləri ilə məşğul olmamısınızsa, o zaman məşqlərə qantellə başlayın.

Əgər siz heç vaxt güc tələb edən məşqlər etməmisinizsə, o zaman ən yaxşısı qantellərlə başlamaq və sonradan güc trenajorlarına keçmək lazımdır. Əgər siz hələ də qaçışla məşğul olmursunuzsa, o zaman indi əsl vaxtıdır.

Broderick-in sözlərinə görə, qaçış ürək-damar sisteminin sağlamlığını qoruyub saxlamağa köməklik edir.

Əgər buna bir də pilates əlavə etsəniz, o zaman kürək əzələlərini əla möhkəmləndirmiş olarsınız.

 

50 yaş

Bizim fiziki bacarıqlar bu yaşda nəzərə çarpacaq dərəcədə zəifləyir.

Biz tez-tez ağrıyla, narahatlıqla qarşılaşırıq və müxtəlif xroniki xəstəliklər özünü büruzə verməyə başlayır.

O cümlədən bu yaşda adətən 2-ci tip diabet özünü göstərir.

Qadınlar hormonal fonda dəyişikliklər, əsasən estrogenin səviyyəsinin aşağı düşməsi ucbatından xüsusilə ürək-damar xəstəliklərinə məruz qalırlar.

Qaçış
50 yaşda kardioyükləmələrə xüsusi diqqət etmək lazımdır

Sizin əzələ kütləsini qoruyub saxlamağınız üçün həftədə minimum iki məşq güc məşqindən ibarət olmalıdır.

Həmçinin həftədə iki dəfə məşqi kardio məşqlərə həsr etmək lazımdır.

Bu sürətli yerimək və ya yüngül qaçış ola bilər.

Həmçinin bu məşqləri tamamilə başqa yüklə – balansı və tarazlıq hissini inkişaf etdirməyə kömək edəcək yoqa və ya tay çi gimnastikası ilə birləşdirmək olar.

60 yaş

60 yaşdan sonra xroniki xəstəliklərin yaranması və artması riski artır. Mütəxəssislərin qeyd etdiyinə görə, fisiki fəallıq bu riskləri azalda bilər.

Bu yaşda ən faydalı fiziki fəallıq bal rəqsləridir. Mütəxəssislərin fikri belədir.

Onlar həmçinin gücü inkişaf etrdirmək və rahatlıq üçün həftədə iki dəfə yüngül məşqlər etməyi tövsiyyə edirlər.

İdeal seçim akvaerobikadır. Çünki suda məşqlər zamanı əzələləri yaxşı möhkəmləndirmək və bununla da oynaqlar üzərindəki yükü minimuma endirmək olar.

Yaşlı cütlük
60 yaşda ən ideal məşq – bal rəqsləridir

Və kardioyükləmə məşqlərini unutmayın. Sürətli addımlarla gəzinti buna uyğundur.

 

70 yaş və daha yuxarı

Bu yaşda fəallığı dəstəkləmək və pozuntulara yol verməmək vacibdir.

Bundan əlavə fiziki məşqlər sizin koqnitiv qabiliyyətlərinizin əvvəlki səviyyədə qalmasına köməklik edir.

Həftə ərzində gəzməyə və yüngül güc məşqləri etməyə çalışın. Lakin bundan əvvəl mütləq həkiminizlə məsləhətləşin.

Əsas məsələ ömür boyu fiziki fəallığı davam etdirməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir