Hansı şəraitdə yaşayan uşaqların immuniteti zəif olur?

Baxış sayı: 1. 506

Təmizlik və gigiyena uşağın sağlamlığı üçün olduqca vacib olan amillərdir. Bunu bütün analar bilir. Məhz bu səbəbdən əksər analar evini, uşağa aid olan hər bir şeyi steril saxlamaq üçün əlindən gələni edirlər.

Lakin amerika immunoloqlar və allerqoloqlar alimləri uzunmüddətli araşdırmalar nəticəsində belə bir maraqlı nəticəyə gəldilər – körpəlik dövründən daim bakteriyalar və allergenlərlə təmasda olan uşaqda allergiya, astma, bronxit və s. bu kimi xəstəliklərin  inkişafı ehtimalı daha təmiz şəraitdə yaşayan uşaqla müqayisədə daha azdır.

Amerikalı alimlər fermalarda (bizim dilimizdə desək – kəndlərdə) və şəhərdə təmiz şəraitdə böyüyən uşaqların sağlamlığını müqayisə ediblər. Fermalarda böyüyən və daim müxtəlif bakteriya və allergenlərlə təmasda olan uşaqlarda şəhərdə böyüyən və daim təmiz şəraitdə yaşayan uşaqlarla müqayisədə yuxarıda sadaladığımız xəstəliklər daha az olur və onların immun sistemi də daha möhkəm olur.

Bunun elmdə konkret izahatı var. Körpə uşağın immun sistemi formalaşmamış olur. İmmun sisteminin formalaşması üçün uşağın orqanizmi daim müxtəlif bakteriyar, allergenlər və s. ilə təmasda olmalıdır. Bu uşağın immun sistemini sanki məşq etdirir. Nəticədə uşağın immun sistemi möhkəmlənir və daha sonra bakteriyalar, allergenlər və s. “düşmənlərin” hücumuna lazım olan cavab verir.

Uşaq çox təmiz şəraitdə böyüyürsə, onun immun sisteminin məşq etmək üçün imkanı daha az olur. Bu səbəbdənn belə uşaqların immun sistemi də daha zəif olur.

Təbii ki, bu heç də o demək deyil ki, uşaq natəmiz şəraitdə böyüməli və yaşamalıdır. Sadəcə uşaq üçün xüsusi steril şərait yaratmaq lazım deyil. Belə ki, uşağın paltarlarına,  qab-qacağına, oyuncaqlarına və s. heç bir xüsusi baxım tələb olunmur – onları çirklənəndə adi qaydada yumaq və təmizləmək lazımdır. Uşaq tez-tez havada olmalıdır, uşağa qumla, torpaqla, daşlarla, çöldəki pişiklərlə və s. ilə oynamağa qadağan etməyin. Bu onun immun sisteminin məşq etməsi üçün olduqca vacibdir. Sadəcə fikir verin ki, uşaq çirkli əllərlə ağzına, gözlərinə toxunmasın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir