34

Azərbaycanlı ailənin örnək sevgi hekayəsi – foto

Baxış sayı: 1. 647

İki gün öncə sosial şəbəkələrdə qan xərçəngindən əziyyət çəkən azərbaycanlı xanımın yazdıqları hamını duyğulandırıb.

“Gencaile.az” həmin statusu olduğu kimi təqdim edir:

“Salam… Sabah mənim evliliyimin birinci ildönümü olacaqdı. Həyat yoldaşımla bir-birimizi çox sevərək evləndik. Hər şey çox gözəl idi. Ta ki, 04.06.2015-ci ilə qədər.

Ayaqlarımda qaraltılar yarandı. Yoldaşımın təkidi ilə xəstəxanaya getdik. Mən çox ciddiyə almırdım, inanmırdım ciddi nəsə problem ola. Qanım azdır deyə düşündüm. Həkim otağa girdikdə o mənə qan xərçəngi olduğumu bildirdi və dərhal xəstəxanaya yazdı: “Bir az daha gec gəlsəydik daha pis şeylər ola bilərdi” – deyə söylədi.

Həmin gün xəstəxanaya yatdım. Elə həmin gün yoldaşıma – “Boşanaq, get başqa qadınla ailə qur, buna haqqın da var, razılığım da” – dedim. ”Niyə mənimlə əziyyəti çəksin ki?” – deyə düşündüm…

Amma yoldaşım mənə bu sözlərimdən sonra indiyədək sarılmadığı kimi daha bərk və hərarətlə sarıldı və ”Səninlə ancaq qəbirdə ayrıla bilərik” – dedi…

– Müalicəm başladı, o bir dəqiqə belə yanımdan ayrılmadı. Kənar palatalardakı xəstələr, bütün həkimlər də artıq hamısı onu tanıyırdı. Ağır dərmanlar səbəbi ilə çox əsəbi olmuşdum. Neçə dəfə onu acıladım, üstünə qışqırdım, amma o bunların heç birinə cavab vermirdi, sakitcə baxırdı. Onda anladım ki, Allah mənə bir həyat yoldaşı yox, əsl və ömrümün sonunadək bütün qadınların arzuladığı bir insan hədiyyə edib. Həmd olsun böyük Allahıma!”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir