Əslində oruc tutumaq orqanizmin sağlamlığı deməkdir. Bəzi xroniki xəsətliklər orucla müalicə edilir. Oruc bağırsaq xəstəliklərinin dərmanı olduğu kimi, bəzi dəri xəstəliklərinin sağaldılması, mədənin müəyyən müddət ərzində istirahət etməsində də əvəzsiz müalicə üsuludur. Buna görə də, bəzi ölkələrdə orucla müalicə edən xəstəxanalar inşa edilib. Bunlardan biri Henri Lahmanın Almaniyanın Drezden şəhərindəki xəstəxanasıdır. Oruc tutaraq sağlam və gümrah bir vücuda sahib oluruq. Oruc tutarkən hüceyrələrimiz böyrək, mədə, qaraciyər, şəkər və ürək xəstəliklərinə qarşı müqaviməti artırır. Lakin bilmək lazımdır ki, hər kim Ramazan orucunu sağlamlıq üçün tutarsa, orucu qəbul olunmaz deyərələr.
Ancaq elə insanlar da var ki, həkimlər onlara oruc tutmağı qadağan ediblər.
Bu hansı xəstəliklərin sahibləridir? Bu haqda bizə qastrentroloq Günay Əhədova məlumat verdi: “Ramazan ayında oruc vacib şərtlərdən biri olmasına baxmayaraq səhhətində problemləri olanlara məsləhət deyil. Mədə xəstəliklərinə, diafraqma yırtığı, qida borusunda problem olanlar, xora xəstəliklərinə ac qalmaq olmaz. Bu xəstələr tez-tez, az-az şəkildə qida qəbul etməlidir ki, mədənin turşu yəni öd möhtəviyyat zədələməsin. Bəzi mədə xəstələyi var ki, onlar gün ərzində 3 litr su içilməsi vacibdir. Oruc tutduğu halda bu mümkün olmadığı üçün problem yarada bilər. Həmçinin diafraqma yırtığı problemli insanlar bir oturuma qətiyyən çox qidalana bilməz. Ancaq oruc tutan adam axşam orucunda çox yeyir. Bu da yırtığın daha da genişlənməsinə gətirib çıxara bilər. Həmçinin təzyiq şəkərli diabet xəstələri nə də oruc tutmaq məsləhət deyil. Gün ərzində normal qidalanıb dərmanları vatında içməlidirlər. Bunlardan başqa öd kisəsinin qatılaşma halını yaşayanlar da bolluca su içdiklərinə görə oruc tutumaq məsləhət deyil. Əks halda öd yaxşı işləməyəcək və problemə səbəb olacaq. Belə xəstələr oruc tutarlarsa, gün boyu ağızda acı bir dad hiss edəcəklər bu da öd daşdığı üçündür. Bu xəstələrə aclıq yaxşı təsir edər, ancaq onlar suyu bolluca içməlidirlər ona görə də oruc tutumaq məsləhət deyil”.