idman

Hansı yeməkdən sonra hansı idmanı etməli?

Baxış sayı: 1. 765

Yediyiniz 1 dilim paxlava üçün 1.5 saat heç durmadan rəqs etməli, içdiyiniz 1 fincan südlü qəhvə üçünsə 3-3.5 saat ayaq üstə qab yumalısınız. Formada qalmaq istəyir, ancaq hamburger, pizza, kabab, bir dilim şokolada “yox” deyə bilmirsiz?

Yediyiniz yeməklərin yağa çevrilməsini hərəkət etməklə əngəlləmək mümkündür.

Çox insan formada qalmaq üçün pəhrizi həyatlarının bir parçası ediblər. Bəs arada gizli-gizli qadağan olunmuş qidaları yeyənlər bu yağlarını əritmək üçün nə etməlidir?

180 qramlıq pizza 330 kaloridir. O kalorini yandırmaq üçün təxminən 1 saat üzmək lazımdır. Bu, 324 kalori yandırmanıza kömək edəcək.

Təxminən 110 qramlıq bir ədəd hamburger 240 kaloridir. Bu kalorini əritmək üçün templi şəkildə 2 saat gəzmək lazımdır.

70 qramlıq bir dilim şokoladlı tort 275 kalori təşkil edir. Bu kalorini yandırmaq üçün 2 saat yarım ev işi görmək lazımdır.

Paxlava yesəniz, rəqs edin. 40 qramlıq bir paxlava 240 kaloridir. Onu yandıra bilmək üçün heç durmadan bir saat yarım rəqs edin.

Yayda çox içilən meyvə sularına da diqqət edin. 1 qutu vişnə suyu 178 kaloridir, onu yandırmaq üçün 5 saat durmadan pilləkən qalxıb düşməlisiniz.

1 fincan yağlı qəhvə ilə südlü qəhvə içdinizsə, 150-160 kalori almısız. 3-3.5 saat qab yumalısız.

300 qramlıq bir pors kabab 580 kalori deməkdir. 2 saat velosiped sürmək lazımdır.

140 qramlıq 1 pors kökə yemək 305 kalori deməkdir. Bu kalorini əritmək üçun 1 saat yarım aerobik idman edin.

1 ədəd lahmacun yeməniz 160 kaloriyə bərabərdir. Bunu yandırmaq üçün 30-45 dəqiqə basketbol oynamalısız.

Kolbasalı yumurta yediniz? Deməli, 363 kalori almısınız. Yağları əritmək üçün 1.5-2 saat xizək sürməlisiniz.

200 qramlıq bir pors pomidor souslu makaron yemisizsə, 286 kalori almış olursuz. 2 saat yarm aktiv şəkildə ev təmizliyi etməlisiz.

1 pors kremli qızardılmış toyuqlu makaronun 545 kalori olduğunu bilirsizmi? Bunu  yedikdən sonra 60 dəqiqə qaçmaq lazımdır.

Ketçup və mayonezə batırdığınız kartof qızartması yesəniz, 558 kalori almış olursuz. Bu kalorini yandırmaq üçün 1 saat yarım qayıqda kürək çəkməlisiz.

1 pors kərə yağlı krevetka 267 kalori anlamına gəlir. 1 saat boyunca sürətli  qaçmalısız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir