beyin

Vegetarian pəhrizi beyin qocalmasını ləngidir

Baxış sayı: 1. 718

Amerika tədqiqatçıları belə hesab edirlər ki, vegetarian pəhrizi beyin qocalmasının qarşısını almağa kömək edə bilər.

Naked-science. ru xəbər verir ki, ABŞ-ın Raşa Universitetinin mütəxəssisləri bununla bağlı təcrübə keçiriblər. Təcrübədə 70-80 yaşda könüllülər iştirak ediblər. Beş il ərzində iştirakçıların intellektual göstəricilərində olan dəyişikliklər qeydə alınıb. Mütəxəssislərin mülahizələrinə görə “yaşıl” pəhriz yaşlı adamların beynində olan pozulmaların qarşısını alıb. Belə ki, ABŞ-da “Alsqeymer” xəstəliyi (beyinlə bağlı xəstəlik) geniş yayılıb və adətən ölümlə nəticələnir.

Buna görə də dietoloqlar yaşlı insanlara ət, pendir, unlu və qızartma yeməklərdən az istifadə etməyi məsləhət görürlər. Həkimlər yaşlılara tərəvəz, paxlalılar, giləmeyvə və dənli bitkilərlə qıdalanmağı tövsiyə edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir