Zumrud Haqverdiyeva

“Haqsızlığa məruz qalıram” düşüncəsiylə necə mübarizə aparmalı? – “SEANS VAXTI”

Baxış sayı: 490

Hər birimiz bəzən haqsızlığa məruz qaldığımızı düşünürük. Bu bəzən partnyorumuz, bəzən ən yaxın dostumuz tərəfindən əzilirik. Bəzən elə olur ki, avtobusda, metroda qarşımızdan keçən insanla dalaşırıq, bəzən də ailədə edilən ayrıseçkiliyə ilişib qalır. Bu duyğu davamlı bizi narahat edirsə, necə mübarizə apara bilərik?

Güvəndiyiniz bir mövzuda müzakirə edə, hətta mübahisə belə edə bilərsiniz. Lakin elə insanlar vardır ki, mövzu nə olursa olsun, mübahisə edir. Bu isə getdikcə sizin üçün nələrin önəmli olduğunu unudacaqsınız. Sizin ətrafınızda olan insanlar hamısı sizi sevməyə bilər, sizin sevmədiyiniz bir tonda reaksiyalara verə bilərlər. Əgər ki bu davranışlara artıq dərəcədə reaksiya verərsiniz, bu zaman sizin həyatınızı çətinləşdirməkdən başqa birşey olmayacaqdır.

Əgər davamlı olaraq haqsızlığa məruz qaldığınızı düşünürsünüzsə, demək ki, içinizdə incitməkdən qorxan bir uşaq vardır. Birdə mükəmməlliyyətçi insanlar daim haqsızlığa məruz qaldığını düşünə bilirlər. Onlar üçün hər şey qüsursuz olmalıdır deyə, kiçik səhvlər olduqda, qəzəb partlaması yaşaya bilirlər.

Sizə tərs olan vəziyyətlər də artıq dərəcədə reaksiya vermək yerinə, özünüzə doğru suallar verib, sizin üçün güvənli bir mühit yarada bilərsiniz.  Hansı tip suallar verə bilərsiniz?

1) Görəsən, mən yalnış düşünürəmmi?

2) Qarşımdakı insanı başa düşə bilirəmmi?

3) Qarşımdakı insanın sərhədləri çox olan bir insandırmı?

Həyatınızda xoşbəxt olmaq istəyirsinizsə, insanları davranışlarına görə başa düşməlisiniz. Qarşınızdakı insan sizin kimi düşünməyə bilir, sizdən daha bacarıqlı olmaya bilir. Ən əsas da xoşbəxt olmaq istəyirsinizsə, hansı mövzularda müzakirə, hansı mövzular da görməzdən gəlməyi bilib və bunu bacarmalısınız.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir