“Gencaile.az” saytının xarici ölkə mətbəxləri ilə bağlı oxucularına təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə Finlandiya mətbəxi haqqında danışacağıq.
Fin mətbəxi özündə bu xalqın keçmiş adət- ənənəsini yaşadır. Qədim finlər balıqçı və ocçu olduqlarında milli mətbəxlərinin də əsasını balıq və vəhşi heyvan ətləri təşkil edir. Bura maral, sığır və hətta ayı əti də daxildir.
Burada həmçinin, giləmeyvə reseptləri də üstünlük təşkil edir. Finlər piroq və şirniyyatları, adətən, çovdar unundan hazırlayırlar. Kələm, kartof kimi tərəvəzlər isə qarnir reseptlərinin tərkibində olur.
Bu ölkənin ət yeməkləri özünəməxsusluğu ilə fərqlənir. Fin mətbəxində ət yeməyi hazırlanan zaman, bir neçə heyvanın ətindən istifadə olunur ki, bu da yeməklərə xüsusi dad verir.
Finlilər qızartma yeməklərdən demək olar ki, istifadə etmirlər. Onlar qaynadılmış və hisə verilmiş ərzaqları yeməyə üstünlük verirlər.
Fin mətbəxinin özünəməxsus özəlliklərindən biri də balıq yeməklərinə, o cümlədən şorbalara süd və ya süd məhsullarının vurulmasıdır. Ümumiyyətlə, Finlandiyanın coğrafi yerləşməsini, dəniz, çoxlu göl və çayları olmasını nəzərə alaraq, balıq və dəniz məhsullarının fin mətbəxinin əsası inqrediyenti olması təəccüblü deyil.
Finlandiya mətbəxində şirniyyatlar da önəmli yer tutur. Bunlardan ən məşhuru qəhvə ilə birlikdə yeyilən Korvapuustit adlı şirniyyatdır. Yerli əhalinin “pulla” adını verdiyi şirin çörəyə şəkər tozu və darçın sürtməklə yeyilir.
Finlandiyada nadir hallarda pivəyə üstünlük verirlər. Əsasən araq içən finlilər əksər hallarda evdə hazırlanan spirtli içkilərə üstünlük verirlər.
Aydan Kərimli