hava

Havada olan 5 ən zəhərli maddə

Baxış sayı: 1. 099

Nəfəs aldığımız hava sağlamlığın qorunmasında mühüm rol oynayır. Çirkli hava astma, tənəffüs yolu xəstəlikləri, ağciyər xərçəngi və allergiyaya səbəb ola bilər.

Statistikaya görə, vaxtımızın 90%-ni qapalı yerdə keçiririk və evlərin 95%-də havanın keyfiyyəti ilə bağlı problemlər var. Orta hesabla bir insanın gündə 23000 dəfə nəfəs aldığını nəzərə alsaq, gündə nə qədər toksin udduğumuzu təsəvvür edə bilərsiniz!

Sağlam həyat tərzi sürmək üçün insanların çoxu pəhrizə əməl edir, zərərli içkilərdən imtina edir və yuxu rejiminə riayət edir. Ancaq az adam havanın sağlamlıq üçün nə qədər vacib olduğundan xəbərdardır. Havası az olan otaqlarda yaşayan və ya işləyən insanlarda çox vaxt ürək-damar, otoimmün xəstəliklər, eləcə də bəzi xərçəng növlərinə rast gəlinir.

Özünüzü və yaxınlarınızı bu nəticələrdən qorumaq üçün əvvəlcə ətraf mühitinizdə hansı çirkləndiricilərin üstünlük təşkil etdiyini müəyyənləşdirməlisiniz və sonra onlardan qurtulmağa çalışmalısınız.

“Gencaile.az” saytı  oxucuları atmosferdəki beş ən zəhərli maddənin siyahısı ilə tanış edir:

 

1. Tütün tüstüsü

Siqaret tüstüsü qapalı məkanlarda əsasın hava çirkləndiricilərindən biridir. ABŞ və Avropanın bir çox hissəsi ictimai yerlərdə siqaret çəkməyi qadağan etsə də, xərçəngin əsas səbəbi olaraq qalır. Siqaret çəkməsəniz də, onun tüstüsü sizə ciddi ziyan vurur, insult və infarkta səbəb ola bilər.

Tütündə bir çox kanserogen var, eyni zamanda allergik xəstələrə və astmatiklərə zərər verir. Onun tüstüsü uşaqlar üçün xüsusilə zərərlidir, çünki onlarda astma yarada bilər və ani körpə ölüm sindromu riskini artırır.

2. Tikinti materialları

Bir çox tikinti materialında təhlükəli “uçucu üzvi birləşmələr” var. Belə maddələr xüsusilə parket yapışqanlarında, izolyasiya materiallarında və boyada olur. Onlar potensial kanserogen olan formaldehid, arsen, ksilol və benzol kimi toksinləri ehtiva edir. Bu kimyəvi maddələrlə təmasda dəridə qaşınma, ürəkbulanma, baş ağrısı, zəiflik və başgicəllənmə ola bilər.

Yenicə təmir olunmuş mənzilə daxil olmusunuzsa, otaqları yaxşı havalandırın və hər şeyin quruması üçün təmirin bitməsini gözləyin.

3. Kif və nəm

Kif təbii nəmli yerlərdə (vanna otağı, çardaq, zirzəmi) meydana gəlir və vaxtında müdaxilə etməsəniz tez böyüyür. Kif və çürüyən bakteriyalar təhlükəli mikotoksinlər istehsal edir, bu da zəiflik, təngənəfəslik, iltihab, ürək bulanması, ishal və depressiyaya səbəb ola bilər. Evdə kif diqqətlə təmizləyin, o havaya, oradan isə nəfəs yollarına daxil ola bilər.

4. Toz, polen və digər hissəciklər

Allergiyaların çoxu toz və polen hissəciklərindən qaynaqlanır, odur ki, evinizi və iş yerinizdə otağın havasını təmiz saxlamaq vacibdir. Ev heyvanlarından çıxan toz, eynilə yun və ya lələk havaya daxil olur. Beləliklə insanlarda tənəffüs çətinliyinə səbəb olur.

Digər ümumi hava çirkləndiriciləri burun axmasına, asqırma, göz yaşarması və nəfəsalmada çətinlik yarada bilər.

5. Təmizləyici məhsullar, hava təravətləndiriciləri və pestisidlər

Bu maddələrin hamısında havanı zəhərləyən və sağlamlığa zərər verən toksinlər var. Onların tərkibində ağardıcı, triklosan, formaldehid və neft məhsulları kimi kimyəvi maddələr var ki, bunlar da nəfəs almaq üçün təhlükəlidir: tənəffüs problemlərinə və hətta bəzi xərçəng növlərinə səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir