hovuz

Hovuzda koronavirusa yoluxmaq mümkündürmü?

Baxış sayı: 839

Üzgüçülük insan sağlamlığı üçün çox əhəmiyyətli idman növüdür. Azərbaycanda da idmanın bu sahəsinə maraq böyükdür. Hazırda koronovirus pandemiyasına görə ölkəmizdə tətbiq edilən karantin rejiminin qaydalarına uyğun olaraq idman zalları və hovuzların fəaliyyəti dayandırılıb. Bəs görəsən, hovuzda koronavirusa yoluxmaq mümkündürmü?

Hovuzda koronavirusa yoluxmaq mümkündürmü?

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yaydığı məlumata görə, hovuzda üzərkən koronavirusa və ya başqa respirator infeksiyaya yoluxmaq haqda heç bir sübut yoxdur. Əgər koronovirus xəstəsi hovuzda asqırarsa, başqalarının yoluxması mümkün deyil. Buna səbəb isə hovuzdakı suyun bir neçə təmizləmə mərhələsindən keçməsi və patogenlərin tez bir zamanda ölməsini təmin etmək üçün xlor və digər maddələrdən istifadə olunmasıdır.

Mütəxəssislərin sözlərinə görə, daim təmizlik prosesi gedən hovuzda cinsi yolla ötürülən infeksiyalara da yoluxmaq mümkün deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir