kok

İbn Sinanın 1000 il əvvəl kəşf etdiyi sağlamlıq möcüzəsi

Baxış sayı: 401

İslam dünyası üçün əhəmiyyətli alimlərindən olan İbn Sinanın resept və tövsiyələri arasında elə bir qida var ki, o, təkcə göz sağlamlığı üçün deyil, həm də antiseptik xüsusiyyəti ilə bədəndəki bütün tullantıları təmizləyir. Üstəlik, onu hazırlamaq üçün 5 dəqiqə kifayətdir.

Budur İbn Sinanın çoxəsrlik müalicəvi resepti…

Göz sağlamlığına müsbət təsir edən qidalar kifayət qədərdir. Onlardan ən başlıcası A vitamini ilə  zəngin olan, İbn Sina tərəfindən tövsiyə edilən kök müalicəsidir.

Hazırlanma qaydası

2 ədəd kökü uc qismindən  kəsin və uzunlamasına dilimləyin. Sonra nimçəyə qoyun və 5 dəqiqə sobada saxlayın. Kökləri bir qaba qoyun. Bir xörək qaşığı zeytun yağı əlavə edin və qaşığın köməyi ilə əzin. Bununla hər gün müntəzəm olaraq qidalana bilərsiniz.

Faydası saymaqla bitmir…

Kök A vitamini ilə zəngindir və bu vitamin göz sağlamlığı üçün vacibdir.Görmə qabiliyyətini qoruyur və gecə korluğu kimi göz xəstəliklərinin qarşısını alır. Kökün tərkibində beta-karoten, lutein və zeaksantin kimi güclü antioksidantlar var. Bu maddələr sərbəst radikallara qarşı qorunma təmin edərək hüceyrə zədələnməsini azaldır. Kök xolesterol səviyyəsini aşağı salmağa kömək edə bilər. Bundan əlavə, tərkibindəki kalium sayəsində qan təzyiqini tənzimləyir və ürək sağlamlığını dəstəkləyir. Liflə zəngin olan kök həzm sistemini tənzimləyir və qəbizliyin qarşısını alır. Vitamin A immunitet sistemini gücləndirir və infeksiyalara qarşı qoruyur. Kökdəki antioksidanlar və A vitamini dərini sağlam və parlaq saxlamağa kömək edir. Sızanaqların və digər dəri problemlərinin azalmasına səbəb olur. Kök aşağı kalorili və yüksək lif tərkibi ilə toxluq hissini artırır və çəkiyə nəzarət etməyə kömək edir. Kök çeynəmək diş ətini və dişləri təmizləyir.  O, həmçinin tüpürcək ifrazını artıraraq ağızdakı turşu və bakteriyaların zərərsizləşdirilməsinə kömək edir.

 

Nigar Orucova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir