Nermine Abbasova

Sümük və oynaq ağrıları üçün təbii müalicə üsulları

Baxış sayı: 523

Oynaq ağrısı bir çox xəstəliyin xəbərçisidir. Daha çox yaşlanmış insanlarda müşahidə olunan oynaq ağrıları ümumiyyətlə, qığırdaq gücünün itirilməsi, oynaq mayesinin azalması və ya bitməsi nəticəsində meydana gəlir. Bu səbəbdən bir çox xəstəliklərdə olduğu kimi, oynaq problemlərində də vaxt itkisi yolverilməzdir. Ağrılar dözülməz hal almazdan lazımlı tədbirlər görülməlidir.

Sümük və oynaq ağrıları üçün təbii müalicə üsulları bunlardır:

masaj

Masaj

Masaj sümük ağrılarını azaltmaq üçün tətbiq olunası ən önəmli müalicə üsulu hesab edilir. Uyğun mühitdə düzgün üsulla tətbiq edilən masajla sümük ağrılarından xilas olmaq mümkündür. Yaxşı olar ki, masaj əsnasında qoz, gənəgərçək, zeytun, kokos və ya at şabalıdı kimi bitkilərin yağlarından istifadə edilsin. Bu bitki yağları sümüklərdə qan dövranını sürətləndirdiyi üçün sümük ağrıları azalır.

GEZİNTİ

Hərəkət

Hərəkət, ümumiyyətlə oynaq ağırılarının qarşısını alır. Bu səbəbdən müntəzəm qısa məsafəyə yürüşlər məsləhətdir. Gündə bir neçə dəqiqə üzmək də oynaq ağrılarının azalmasında təsirli rol oynayır.

ZENCEFIL

Zəncəfil

Zəncəfil bir növ ağrıkəsicidir. Hər gün bir stəkan zəncəfil çayı qəbul etmək oynaq ağrılarını yüngülləşdirə bilir.

 cinar yarpagi

Çinar yarpağı

Çınar yarpağı oynaq ağrıları başda olmaqla, xalq arasında “əhənglənmə” olaraq da tanınan osteoartrit və revmatizmə qarşı təsirlidir. Oynaq ağrılarından xilas olmaq üçün bir neçə dəqiqə isti suda isladılmış çinar yarpaqları dəri ilə təmas edəcək şəkildə ağrılı nahiyələrə qoyulur.

sarikok

Sarıkök

Sarıkökün tərkibindəki kurkumin (curcumin) piqmenti oynaq ağrılarını azaldır. Bu səbəbdən yeməklərə əlavə edilərək və çayla dəmləyərək içmək məsləhətdir.

ananas

Ananas

Təzə ananas oynaq ağrıları üçün ən yaxşı meyvə və təbii vasitələrdən biridir. Tərkibindəki ferment oynaqlardakı iltihabın azalmasına kömək edir. Oynaq ağrılarından xilas olmaq üçün blenderə 2 dilim təzə ananas qoyub üzərinə 4 stəkan su əlavə edilərək 5 dəqiqə qarışdırılır və bu məhlul gündə 4 dəfə içilir.

zeytun yagi

Zeytun yağı

Diz və oynaq ağrılarını azaltmaq üçün yeməklərdə zeytun yağından istifadə etmək vacibdir. Bu zeytun yağı soyuq, sıxılmış və işlənməmiş olmalıdır.

baliq

Soyuq su balıqları

Tuna, qızılbalıq, alabalıq və sardina kimi soyuq su balıqları omeqa-3 baxımından zəngindir. Bu səbəbdən oynaq ağrılarından əziyyət çəkənlərin istifadə etmələri məsləhətdir.

sumuk suyu

Qaynadılmış sümük suyu

Qaynadılmış sümük suyu və ya bulyonu oynaq ağrıları üçün çox faydalıdır.

qarabasaq ve yulaf

Dənəli bitkilər

Tam buğda, yulaf və qarabaşaq yarması kimi dənəli bitkilərin istehlakı oynaq ağrılarını azaldır.

meyveler

Meyvə və tərəvəzlər

Ananas, brokoli, sarımsaq, əncir, yaşıl yarpaqlı tərəvəzlər, nar, tut, böyürtkən, çiyələk, alma, çuğundur, qırmızı kələm, kök, balqabaq, şirin kartof və pomidor oynaq ağrılarının azalmasında təsirlidir.

uzum

Üzüm yarpağı

Üzüm yarpağı kalsium mənbəyidir. 100 qramında 392 mq. kalsium olan üzüm yarpağı sümük toxuması üçün vacib qidalar arasında yer alır.

Rozmarin

Rozmarin

Rozmarin iltihabın azalmasına kömək edir. Oynaqlarda sərtlik və şişkinliyi azaldır.

badam

Badam

Badam E vitamini baxımından zəngin olduğu üçün oynaqlara faydalıdır.

zeferan

Zəfəran

Zəfəran oynaq və əzələ ağrılarını azaldır.

mixek

Mixək

Tərkibində oynaq ağrılarının səbəb olduğu qığırdaq və sümük zədələnməsini yavaşlatmaqda təsirli antioksidantlardan olan mixək oynaq ağrılarını azaldır. Bu xüsusiyyətinə görə xroniki oynaq ağrısından əziyyət çəkənlərin gündə yarım və ya bir çay qaşığı qəbul etməsi məsləhətdir.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir