badimcan

İftar süfrəsi – 6-cı gün

Baxış sayı: 1. 400

Ramazan ayının altıncı günündə “İftar süfrəsi” rubrikasında sizə şorbasından sərin şərbətinə qədər həzz alacağınız daha bir iftar menyusu təqdim edirik.

Mərci şorbası

İçindəkilər

Mərci – 400 qr.

Baş soğan – 2 ədəd

Pomidor – 2 ədəd

Kərə yağı

Quru nanə

Duz, istiot

Hazırlanması

Mərcini təmizləyib yaxşıca yuyun, üzərinə su əlavə edin, saxlayın. Soğanı xırda-xırda doğrayın və kərə yağında qızılı rəng olana qədər qovurun. Pomidorun qabığını soyun, sürtgəcdən keçirdin və soğana əlavə edib qovurun. Mərcini suyunu süzün, üzərinə yenidən su əlavə edib 5 dəqiqə bişirin. Qovrulmuş soğan-pomidor qarışımını bişmiş mərcinin üzərinə əlavə edib blenderdən keçirdin. Şorbaya zövqə görə duz-istiot əlavə edin, üzərinə də nanə səpib servis edin.

Sobada ətli-tərəvəzli badımcan

İçindəkilər

Badımcan (saplaqlı) – 2 ədəd

Can əti – 200 qr.

Soğan – 1 ədəd

Bolqar bibəri – 1 ədəd

Pomidor – 1 ədəd

Holland pendiri – 100 qr.

Sarımsaq – 1 diş

Zeytun yağı – 150 qr.

Şüyüd

Reyhan

Duz, istiot – zövqə görə

Sous üçün

Pomidor – 2 ədəd

Kərə yağı – 20 qr.

Bibər pastası – 20 qr.

Su – 100 qr.

Duz, istiot – zövqə görə

Hazırlanması

Sous: Sürtgəcdən keçirilmiş pomidor və bibər pastasının üzərinə su əlavə edilir, duz, istiot vurulur, kərə yağında bişirilir. İçi ovulmuş badımcan yağda qızardılır, soyudulur. Quşbaşı doğranmış əti xırda doğranmış soğan, badımcan içi, sarımsaq və göyərtilə yağda qovurun. Üzərinə duz, istiot da əlavə edin. İçliyi badımcan üzərinə yığıb sürtgəcdən keçirilmiş holland pendirini də əlavə edin və 180 dərəcə isidilmiş sobada pendir əriyənə qədər bişirin. Ətli-tərəvəzli badımcanı servis edərkən sousun üzərinə qoyun.

Çiyələkli şərbət

İçindəkilər

Çiyələk – 400 qr.

Şəkər tozu – 2 st.

Su – 1 lt.

Hazırlanması

Çiyələklər təmizlənib yuyulur. Qaynadılmış suya şəkər və çiyələklər əlavə edilir. 5-10 dəqiqə qaynadılır. Şərbət süzülür, soyuq halda servis edilir.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir