corc bus

Hansı dövlətin başçısı hansı musiqi alətində daha gözəl ifa edir?

Baxış sayı: 1. 340

Onlar da bizim kimi ətdən-sümükdəndir. Əsəbləri, sevincləri, həyəcanları, xobbiləri var. Işdən-siyasətdən çox yorulanda musiqiyə də sığına bilərlər. Amma onların bu üzünü çox tanıyan yoxdur. Zaman-zaman hansısa tədbirlərdə bu detal üzə çıxmasa, təbii ki, onların oxuma-çalma qabiliyyəti də gün üzünə çıxmır.

 

BİRİ CASTİN TİMBERLEYKİN MAHNISINI İFA EDİR, O BİRİ MANHI YAZIR, BİR BAŞQASI…

Amma dünya mətbuatı bu sayaq faktlardan xali deyil. Zaman-zaman tanınmış prezidentlər, siyasətçiləri royal başında və ya qucağına gitara ilə görmək mümkündür.

Qırğızıstan prezidenti Almazbek Atambayevin də bu siyahıda xüsusi yeri var. Bu günə qədər Atambayev 5 mahnı yazıb. Onun ən məşhur mahnısı isə “Taleyin acığına” adlanırdı. Bu mahnı yerli musiqi siyahılarında və sosial şəbəkələrdə rekord həddə izlənmişdi.

Turkmen President Gurbanguly Berdimuhamedov

Rusiya prezidenti Vladimr Putin də royalda ifa etməyi bacarır. Uşaq onkoloji xəstəliklərinin müalicəsi üçün təşkil edilmiş xeyriyyə gecəsində Putinin tamamilə gözlənilməz ifası hər kəsin yaddaşında dərin iz buraxdı. Onun bu yaxınlarda royalda ifa etdiyi mahnı da Azərbaycanda ciddi maraqla qarşılanmışdı.

Картинки по запросу Putin ROYAL

NAZARBAYEV DOMBREDƏ İFA EDİB VƏ HİMN YAZIB

Картинки по запросу NAZARBAYEV DOMBR

Qazaxıstan prezidenti Nursultan Nazarbayev də zamanında rəngli mənzərələrə səbəb olub. Təbii ki, bu cür musiqi qabiliyyətini nümayiş etdirdiyinə görə. Nazarbayev dombredə ifaə etməyi və mahnı oxumağı bacarıb. Əvvəllər o, dombro ilə publika qarşısına daha tez-tez çıxardı, amma indi o, nadir hadisəyəyə çevrilib. Bundan başqa, o, dövlət himninin həmmüəlliflərindən sayılır və bir neçə mahnıya söz yazıb. Prezidentin müəllif mahnıları, eləcə də onun sevimli xalq mahnıları da xüsusi bir saytda yerləşdirilib.

Rusiya prezidenti Vladimir Putin də musiqi istedadı ilə təəccübləndirməyi bacarıb. Onun xeyriyyə məclislərinin birində gözlənilməz ampluada royalda ifa edib.

AMERİKA PREZİDENTLƏRİ – SAZLI-SÖZLÜ

Amerika Birləşmiş Ştatının eks prezidenti və eyni zamanda prezidentliyə namizədliyini irəli sürmüş Hilari Klintonun həyat yoldaşı Bill Klinton uşaqlıqdan musiqiçi olmaq istəyirdi. Hətta 1993-cü ildə öz qonaqlarını saksafondakı ifası ilə sevindirirdi. Həmin vaxt onun innaqurasiya mərasimi təşkil olunmuşdu.

Картинки по запросу билл клинтон saksafon

ABŞ-ın daha bir eks prezidenti Barak Obama isə daha çox “ifaçılıq” qabiliyyətini nümayiş etdirib. O, bir neçə dəfə oxuduğu mahnılarla publikanın simpatiyasını qazanıb.

Картинки по запросу obama şarkı

ABŞ-ın 43-cü prezidenti Corc Buş (kiçik) hər hansı musiqi alətində ifa etməsə də, hərbi orkestrə dirijorluq etməyi sevirdi. Bu işlə Rusiyanın mərhum prezidenti Boris Yeltsin də məşğul olurdu və bununla bağlı bir neçə dəfə fotokameranın yaddaşına da düşmüşdü.

Картинки по запросу дирижер с оркестром bush

ÖLƏN ARVADININ XATİRƏSİNƏ… DİSK ÇIXARAN DA VAR

Venesuellanın mərhum prezidenti Uqo Çaves isə gitarada ifa etməyi və inqilabi janrda mahnıları oxumağı çox sevirdi.

Картинки по запросу Ugo chaves gitara

Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviç gitarada ifa etməyi çox sevirdi. O, bir dəfə ölkə jurnalistlərini evinə qonaq dəvət edəndə onlar üçün gitarada mahnı ifa etmişdi.

Картинки по запросу Viktor Yanukoviç gitara

SSRİ-nin birinci və yeganə prezidenti olan Mixail Qorbaçov Putin kimi royalda ifa etməyi bacarmasa da, çox gözəl mahnı oxumaq qabiliyyəti var. Hətta bu yaxınlarda o, mərhum həyat yoldaşı Raisa Maksimovnanın xatirəsinə həsr olunmuş bir disk də çıxarıb. SSRİ-nin eks prezidenti həyat yoldaşının sevdiyi romansları Andrey Makareviçlə birgə hazırlayıb və diskə köçürüb.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir