sevgi

İlk görüşdə partnerinizi cəlbetmənin yolları – XANIMLARIN MENYUSUNA

Baxış sayı: 1. 206

Bəs ilk görüşə hazırlaşan zaman nələrə diqqət etmək lazımdır?

İlk olaraq düzgün geyim tərzinin seçilməsinə diqqət etməli, gözəl paltar seçimi ilə diqqət çəkən olmalısınız. Ancaq unutmayın ki, cəlbedici görünmək üçün çox açıq geyimə ehtiyac yoxdur. Güvəndiyiniz və sevdiyiniz nahiyənizi bir az qabartmağınız kifayətdir. Bu, incə beliniz, saçlar, gözlər, dodaqlarınız ola bilər.

 

BƏS PALTAR SEÇİMİNDƏ NƏLƏRƏ DİQQƏT ETMƏLİSİNİZ?

Məsələn, dərinizi göstərməyən midi dar bir don ilə bədəninizi gözəl göstərə bilərsiniz. Və ya mini ətəklə dizüstü çəkmələr və onlar arasındaki incə corab kombini ilə seksi görüntünü əldə etmək olar.

Keyfiyyətli materialdan tikilən şalvar, üzərinə geyinəcəyiniz zərif bir köynək ilə qarşı tərəfi cəlb edə bilərsiniz. Biləkdə bitən botlarla kombininizi tamamlasanız, uyğun görüntü əldə edərsiniz.

Qalın bir kəmərlə belinizi vurğulayacağınız rəngarəng, midi bir don isə romantik görüntü yarada bilərsiniz.

 sevgi

“GÖZƏL GÖRÜNTÜ ƏLDƏ ETMƏK İSTƏYİRSİNİZSƏ HƏDDİ AŞMAYIN”.

Çünki həddindən çox bəzənmək gülünc görüntü yarada bilər. Bu səbəbdən adi görüşə gedirmiş kimi hazırlanmağınız məqsədəuyğundur. Saçınızı, makiyajınızı qabartmağa ehtiyac yoxdur.

Hər zamanki dəbinizə kiçik toxunuşlar edin. Bununla özünüzü daha yaxşı hiss edəcəksiniz. Əsas odur ki, güzgü qarşısında özünüzü rahat və özgüvənli hiss edəsiniz. Unutmayın ki, özünüzü necə hiss etsəniz, qarşı tərəfə də eyni hissi ötürəcəksiniz.

 

ÖZÜNÜZ OLUN

İlk görüşdə qarşı tərəfə gözəl görünmək üçün nə qədər çox çalışsanız, özünüzü tanımadığınız başqa bir qadına çevirə bilərsiniz. Bu hərəkətiniz sizə ilk görüşlər zamanı effekt verə bilər, lakin əmin olun ki, daha sonra sizin üçün problem yaradacaq. Çünki bütün həyatınız boyu olmadığınız biri kimi yaşaya və ya davrana bilməzsiniz.

Məsələn, idman stilində geyinməyi sevən birisinizsə, bir kişi üçün bu geyim tərzindən əl çəkməməlisiniz. Ən əsası isə özünüz kimi görünün. Bu addım qarşı tərəfə də xoş aura bəxş edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir