toyuq budu

“İftar menyusu” – 13-cü gün

Baxış sayı: 405

“Gencaile.az” saytının  “İftar menyusu” rubrikasında bu gün sizə içi doldurulmuş toyuq budunun reseptini təqdim edəcəyik. İftar süfrəniz üçün “toyuq budunda gizlənən ləzzət”i hazırlamaqla ağız dadınızı dəyişə bilərsiniz.

 

İnqrediyentlər:

Toyuq budu

Göbələk

Soğan

Pendir

Duz, istiot zövqə görə

 

Hazırlanması:

Toyuq budunun üzərindəki dərini soyun, özünü sümükdən ayırın. Budun içi boş olmalıdır ki, içərisinə ləziz içlik yığa biləsiniz.

Göbələklə soğanı yağda qovurun. Soyuduqdan sonra soğanlı göbələyə ət maşınında çəkilmiş toyuq əti, sürtgəcdən keçirilmiş pendir əlavə edib yaxşıca qarışdırın. Qiyməyə duz, istiot vurun.

İçliyi toyuq budunun içərisinə doldurun və 1 saat 180-200 dərəcə isidilmiş sobada bişirin.

 

Məsudə Sultan

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir