immunitet

İmmunitetinizi gücləndirməyin 5 YOLU

Baxış sayı: 521

Soyuq havalarda xəstəliklərə qarşı immun sistemimizi gücləndirmək vacibdir. İmmunitet orqanizmin xəstəliklərə qarşı əsas müdafiə qalxanıdır. Düzgün və sağlam qidalanma ilə güclü immunitetə sahib olmaq o qədər də çətin deyil.

Beləliklə,  immuniteti gücləndirməyin 5 yolunu təqdim edirik:

 

Reseptsiz yazılan antibiotiklər, vitaminlər və dietalar

Bəzən insanlar reseptsiz vitaminlər, antibiotiklər qəbul edir. Ancaq bunun faydasından çox zərəri var. İmmunitet üçün vacib olan D vitamini və omeqa 3-dür. Ancaq onun orqanizm üçün dozasını həkim müəyyənləşdirməlidir. Buna görə mütəmadi olaraq fiziki müayinədən keçin, testlər verin. Həkim məsləhəti olmadan heç bir preparat qəbul etməyin.

Həmçinin, dietoloqa müraciət etməmiş pəhriz saxlamaq da immun sistemi üçün təhlükəlidir.

Yuxu rejiminizə diqqət edin

İmmunitetin əsas düşməni yuxusuzluq, sirkadiyalı ritmlərin pozulmasıdır. Güclü sağlam bədən istənilən infeksiyaya qarşı daha inamlı müqavimət göstərir. Buna görə də kifayət qədər yatın və gündəlik rejiminizi tənzimləyin. Çalışın axşam 11-də yatıb, səhər 7-də oyanın.

Vitaminli qidalar yeyin

İmmunitetin güclənməsinin ən əsas yollarından biri düzgün və sağlam qidalanmaqdır. Buna görə tərəvəz və meyvələri bol yeyin. Qırmızı ət, dəniz məhsulları, çərəzlər də immun sistemini yaxşılaşdıran qidalar arasındadır.

Duzlu kələm, pomidor, xiyar qatıq, kokos yağı kimi qidalardan isə çalışın uzaq durun.

Diabet xəstələrində immun sistemi çökmüş vəziyyətdə olur. Buna görə şəkər xəstələrinin qlükoza tərkibli məhsullardan az istifadə etməyi məsləhətdir.

Günəşli və açıq havada daha çox vaxt keçirin

Mümkün qədər tez-tez gəzintiyə çıxın. Gündə ən azı 4000-5000 addım atmağınız məsləhətdir. Otağı mütəmadi olaraq havalandırın, nəmləndiricilərdən və hava təmizləyicilərindən istifadə edin.

Stressdən uzaq olun

Stress bir çox xəstəliklər üçün əsas mənbədir. Elə immun sisteminə zərər verən amillərdən biri də stressdir. Buna görə sizi əsəbiləşdirən, narahatlıq verən vərdişlərdən uzaq olun.

Stressi aradan qaldırmaq üçün idman edin, özünüzə hər hansı hobbilər seçin. Ən vacibi özünüzə vaxt ayırın.

Həmçinin, aromaterapiya müalicə növü əsəbiləri sakitləşdirir və əhval-ruhiyyəni yüksəldir. Lavanda, berqamot, sitrus, paçuli, vanilin efir yağları stress səviyyəsini mükəmməl formada azaldır. Bunlarla yanaşı evi təbii küknar budaqları ilə bəzəmək də məsləhətdir. Bu, otaqdakı havanı dezinfeksiya etməklə yanaşı, həm də sizdə yeni il əhval-ruhiyyəsi yaradacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir