geyim

Milli adətlərinə görə kişilərin mini ətək geyindiyi 5 ölkə – ARAŞDIRMA

Baxış sayı: 533

Hazırda daha çox qadınların istifadə etdiyi ətəkləri, tarixdə kişilər qadınlardan əvvəl geyiniblər.

Zaman keçdikcə bu geyim növü kişilərin stilindən çıxsa da əsrlər boyu bəzi ölkələrdə hələ də mövcuddur və xüsusi günlərdə geyinilir. Bir çoxumuz şotland kişilərinin ətək (kilt) geyinməsi fikrinə öyrəşmişik, lakin dünyada kişilərin ətək geyindiyi nə az, nə çox tam 5 ölkə var.

Maraqlı olacağını nəzərə alıb, həmin ölkələri təqdim edirik:

 

Şotlandiya

Şotlandiyada ətək (kilt) geyənmək kişilər üçün qeyri-adi bir şey deyil. Bu geyim daha çox rəsmi mərasimlərdə və toylarda geyinilir, lakin indiki vaxtda kişilər hətta gündəlik həyatlarında, gəzintiyə çıxarkən də ətək geyinirlər.

Yunanıstan

Bəlkə də çoxunuz ilk dəfə eşidəcəksiniz, amma fustanella Yunanıstanın hərbi geyimin bir hissəsidir. Hətta yunan ətəyi o qədər insanlar tərəfindən maraqla qarşılanır ki, fustanellanı “turist cazibəsi” dı adlandırılar. Çünki Yunanıstana gələn turistlərin demək olar ki, hamısı bu geyim stilində olan əsgərlərlə şəkil çəkdirirlər.

Fici

Ficidə kişilər illər öncə ətək (sulu) geyinməyə başlayıblar. Bu mədəniyyət ingilislər tərəfindən müstəmləkə edildikdən sonra qəbul edilib. Fici kişiləri xristian inancının əlaməti olaraq başqa millətlərdən olan fərqlərini vurğulamaq üçün sulu geyinirlər.

Birma

İndi Myanmar kimi tanınan Birma Cənub-Şərqi Asiyada yerləşən ölkədir. Burada kişilər uzunluğu 2 metr, eni 0,8 metr olan ənənəvi ətək (pasçou) geyinirlər. Ölkə kişilərin dediyinə görə, bu onlar üçün ən rahat geyim növüdür.

Butan

Həmçinin Cənubi Asiyada yerləşən Butanda kişilər adətən rəsmi geyim olan “Gho” kimi tanınan ətəklər geyinirlər. Bu geyim dizə qədər çəkilmiş corablar və “Kani” kimi tanınan xüsusi bir ətəklə geyinilir.

 

Aynurə Xudaverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir