yemeye ne var

İnanılmaz kartof bliniləri - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 427

Kulinariya aləmində dadı və ətri ilə seçilən çoxsaylı heyrətamiz yeməklər var. Onlardan biri də xam kartofdan hazırlanan kartof bliniləridir. Bu resept sadə hazırlanması və təbii inqrediyentləri ilə fərqlənir.  Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu resepti sizə təqdim edirik:

 

Tərkibi:

300 ml süd,

3 yumurta,

120 qram un,

300 qram xam kartof,

yarım dəstə şüyüd,

2 diş sarımsaq,

2 xörək qaşığı günəbaxan yağı,

duz,

istiot zövqə görə.

683edb832545e683edb832545f1748949891683edb832545c683edb832545d

Hazırlanması:

Dərin qabda yumurtaları sındırırıq, süd əlavə edib bir az çırpırıq. Un əlavə edib yenidən qarışdırırıq. Xam kartofu xırda sürtkəcdən keçiririk, şüyüdü xırda doğrayırıq və qaba əlavə edirik. Ora sıxılmış sarımsaq, bir az günəbaxan yağı, istiot və duz əlavə edirik. Bütün inqrediyentləri qarışdırırıq və orta odda tavada yağ əlavə edib qızdırırıq. Adi blinilər kimi qızardırıq, istənilən içlik əlavə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir