beyin

İnsan beyninin sirri – ELMİ ARAŞDIRMA

Baxış sayı: 878

Nevrologiya üzrə alim Fransis Censen karyerası boyu insan beynini araşdırıb. Onun araşdırmasının nəticələri valideynlərə, müəllimlərə və yeniyetmələri anlamağa çalışan digər insanlara bəzi şeyləri daha yaxşı başa düşməyə yardım edir.

İnsan yetkinlik yaşına çatanda onların bədəni dəyişir və onlar daha çox böyük insanlara oxşamağa başlayırlar. Güman edilir ki, onların beyinləri də böyük insanların beyinləri kimi işləyir.

Amma Censen bunun belə olmadığını bildirir. “Beyin bədəndə yetişən ən son orqandır və onun yetişmə prosesi 20 yaşlarında tamamlanır. Yeniyetmələrin beyinlərinin strukturu beynin yekun formasının 80 faizini təşkil edir.

Censen bildirir ki, yeniyetmələrin beyinləri elə qurulub ki, onlar böyüklərdən daha yaxşı öyrənirlər.

“İnsanın beynində sinapsislər var və bu sinapsislər insanın necə öyrənməyini təyin edir. Bu sinapsislar vasitəsilə beyin hüceyrələri bir-birilərinə məlumat ötürür. Nə isə öyrənəndə sinapsislər böyüyür. Sinapsislərin böyüməsinə kömək edən protein və kimyəvi maddələr ən çox balaca uşaqlarda olur, yeniyetmələrdə biraz az, böyüklərdə isə çox az. Ona görə uşaqlar çox asanlıqla iki, üç dil öyrənə bilirlər, yeniyetmələr isə böyüklərdən daha sürətlə informasiya qəbul edə bilirlər”

Maraqlısı isə odur ki, yeniyetmələrin böyüklərə nisbətən daha yaxşı öyrənmək qabiliyyətləri olsa da, onların beyinlərinin müxtəlif sahələrindəki əlaqələr hələ də inkişaf etməkdədir.

Beyində ən son inkişaf edən və digər hissələrlə əlaqə yaradan beynin ön hissəsidir. Beynin ön hissəsi anlayış, qərar, nəbzin idarəsi və empatiya hissiyatına cavabdehdir. Ona görə də yenitmələrdə bu hisslər tam inkişaf etməmiş olur.

Censen bildirir ki, narkotik və spritli içki yeniyetmələrin beyinlərinə böyüklərin beynindən daha çox təsir göstərir. Censen bildirir ki, “13-17 yaşlar arası insanın IQ-su (İntelektual Keyfiyyəti) dəyişir. Bu yaşlar arasında insan nə qədər çox spirtli içki qəbul etsə, IQ bir o qədər azalır.” Spirtli içki və narkotik yeniyetmələrdə uzunmüddətli problem yaradır.

Son araşdırmada isə yeniyetmələrin qısamüddətli problemi araşdırılıb. Bu isə bir neçə işi eyni anda görməkdir. Belə bir həssas yüklənmə onların sözləri yada salma qabiliyyətlərinə mane olur.

Beynin inkişafına cinsin də təsiri var. Censen bildirir ki, beynin informasiyanı qəbul edən hissəsi uşaqlıq vaxtı genişlənir, daha sonra isə incəlir. Qızlarda genişlənmənin pik nöqtəsi 12-14 yaşlar arası olur, oğlanlarda isə bu, iki il sonra baş verir. “Təbii ki, istisnalar var, amma ümumilikdə qızlar daha plançı olur, daha çətin iş və ya dərs qrafikini idarə edə bilirlər, amma bu yaşda oğlanlar planlaşdırmada çətinlik çəkirlər,” deyə Censen bildirir.

Bilik və yaddaş üçün yuxu vacib olsa da, yeniyetmələr (həm qızlar, həm oğlanlar) kifayət qədər yatmırlar. Onlar gecə gec yatanda və səhər gec oyananda valideynləri yeniyetmələrin tənbəl olduqlarını düşünürlər. Amma Censen bunun reallıq olmadığını deyir. Onlar yenityetmə olduqları üçün belə edirlər. “Onların bioloji saatları böyüklərin yatmaq və oyanmaq saatlarından 2 saat daha gec vaxta uyğunlaşdırılıb,” deyə Censen qeyd edir.

Yeniyetmələrin beyinləri ilə bağlı yeni infromasiya valideyn və müəllimlərə uşaqları daha yaxşı anlamağa kömək edə bilər.

“Onlarla daha çox əlaqə qurun və daha səbirli olun,” deyə Censen valideyinlərə məsləhət görür.

Əqli xəstəliklər də yeniyetmə yaşlarında başlayır. Bunlara ikiqütblü (bipolar) pozuntular, depressiya və şizofreniya daxildir. Bu xəstəliklər 18-20 və bəzəndə 20-25 yaş aralarında başlayır. Ona görə də, bu xəstəliklərin əlamətlərini müşahidə etmək üçün yeniyetmələrlə əlaqə yaratmaq vacibdir.

Censen validenynləri bu informasiyanı uşaqları ilə paylaşmağa təşviq edir. “Yeniyetmə yaşlarında uşaqlar kim olduqlarını, şəxsiyyətlərini öyrənmək istəyirlər. Onların özləri barədə hər bir şeyə öyrənməyə təbii maraqları var. “Ona görə də siz onlara onların yetkinləşmələri ilə bağlı daha çox məlumat verdiyinizdə, bu məlumatın onlar üçün nə qədər maraqlı olduğunu müşahidə edəcəksiniz,” deyə Censen bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir