boyrek

Bu qidalar böyrəkləri daşdan qoruyur

Baxış sayı: 1. 576

Böyrəkdəki daş problemi genetik olaraq, ya da doğum zamanı yaşanan bəzi problemlərlə ortaya çıxa bilər.

Ən sadə müalicəsi üsulu bədənə xaricdən verilən elektroşok dalğaları ilə böyrək daşının qırılmasıdır. Endoskopiya üsulu ilə daşın böyrəklərdən götürülməsi isə son illərdə ən çox üstünlük verilən əməliyyat növüdür. Halbuki bıçaq altına yatmadan da yediyiniz qidalarla böyrək daşı probleminin qarşısını ala bilərsiniz. “Gencaile.az” həmin qidaları təqdim edir.

Sidikdə qoruyucu maddələr var ki, bunlardan ən əsası sitratdır. Sitratın azlığı daş əmələ gəlməsinə səbəb olur. Daşın yaranmasının qarşısını almaq üçün isə sitratla zəngin qidalarla qidalanmaq lazımdır. Məsələn, təzə sıxılmış pomidor suyu sitrat baxımından zəngin sayılır. Pomidor suyu içmək sidikdəki sitrat miqdarını artıra bilir.

Sitratla zəngin qidalardan biri də portağal və qreyfprutun təzə sıxılmış suyudur. Bundan başqa limonu bir litrlik suya tamamilə sıxaraq çox azca dadlandırıb için.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir