Bir münasibət nə vaxt bitər? Bu sualın doğru tək cavabı yoxdur. Böyük ehtimalla bu suala cavabı vermək üçün şəxslərin münasibət adına dəyərlərinə və içində olduğu münasibətdə bu dəyərlərlə nə qədər təmasda ola bildiyinə baxılması lazımdır. Ya da MehmetZihniSungurun dediyi kimi “İdeal bir münasibət mən anlayışını itirmədən biz ola bilmək bacarığıdır!”. Dolayısı ilə romantik münasibət hər nə qədər iki nəfərin ifasında icra edilən bir rəqs olsa belə sevmək, qayğı, xoşməramlılıq, dəyər vermə, anlayış göstərmə, şərtsiz qəbul və yenə Professor Sungurun deyimi ilə “rəğmən sevgisi (səni sevirəm hər şeyə rəğmən)” şəxslərin öz dəyəri ilə bağlıdır.
İnsan münasibətlərdə formalaşır. Onun həyata, özünə və başqalarına dair inamları, qorxuları, dəyərləri — hamısı münasibət təcrübələrinin içində yaranır. Bəzən bir insanın ömrü bir tək sözlə dəyişə bilər: sevən bir baxış, qorxudan bir cümlə, yaxud səssizlik. Emosional həyatımızda bu qədər dərin iz buraxa bilən münasibətlər, xüsusilə də romantik münasibətlər, psixoloji baxımdan son dərəcə mürəkkəb və ziddiyyətli sahədir.
Çünki münasibət sadəcə iki bədən, iki ad deyil. Münasibətdə qarşılaşan iki *daxili dünya*, iki *dəyər sistemi*, iki *doğru və səhv anlayışı*, iki *keçmiş* və iki *emosional ehtiyaclar sistemidir*. Münasibətlər, özündə iki dünyanın toqquşmasını ehtiva edən psixoloji sahədir.
Sxemlərin mənşəyi: Uşaqlıq və təhlükə duyğusu
Müasir terapiya yanaşmalarına görə, bir insanın münasibətlərdə yaşadığı əksər çətinliklər uşaqlıqda formalaşan *emosional ehtiyacların qarşılanmaması ilə* əlaqədardır. Bu ehtiyaclara aiddir:
– Sevilmək və qəbul olunmaq
– Bağlanmaq və güvənmək
İnsan münasibətləri və sxem terapiyası kontekstində psixoloji anlamlandırma
İnsan öz həyatına dair əsas inancları — kim olduğu, başqalarının ona necə yanaşdığı və dünyanın nə qədər təhlükəli və ya etibarlı bir yer olduğu — çox vaxt sosial qarşılıqlı təsirlərdən formalaşdırır. Bu təsirlərin ən güclüləri isə münasibətlərdir. Xüsusilə romantik münasibətlər, insanın ən dərin emosional qatlarını oyadan, ən incə inamlarını təhdid edən və ya təsdiqləyən sahələrdir.
Əslində, romantik münasibət dediyimiz şey, sadəcə iki insanın birlikdə olması deyil. Bu, iki dünya görüşünün, iki emosional yaddaşın, iki dəyər sisteminin qarşılaşmasıdır. Münasibətlərin mürəkkəbliyi də məhz buradan doğur. İnsanlar münasibətdə yalnız bir-biri ilə deyil, həm də keçmişlərindən gətirdikləri sxemlər, travmalar, inamlar və emosional ehtiyaclarla qarşı-qarşıya qalırlar.
Sxemlər və tələbatlar
– Təhlükəsizlik
– Fikir və duyğularının qiymətli olması
– Sərhədlərə sahib olmaq
– Avtonomiya və ifadə azadlığı
Əgər bu ehtiyaclar uşaqlıqda qarşılanmırsa, insan özünü qorumaq üçün sxem adlanan şərtsiz inamlar formalaşdırır. Məsələn:
“Mən dəyərsizəm.” “Məni sevəcəklərsə, tərk edəcəklər.” “Mənim hisslərim önəmli deyil.”
Bu sxemlər sadəcə fikirlər deyil, davranış və emosional tənzimləmə formalarıdır. Sxem aktivləşəndə beyin “təhlükə siqnalı” verir və insan özünü qorumaq üçün “rejim”ə keçir.
Moduslar: Emosional reaksiyalar və davranış strategiyaları
Rejimlər — yəni *moduslar*, insanın daxili “avtomatik cavab sistemidir”. Sxem aktivləşdikdə biz:
– *Təslim olur* (susuruq, çəkilirik),
– *Qaçırıq* (emosional olaraq uzaqlaşırıq),
– *Hücum edirik* (tənqid, müdafiə, qəzəb göstəririk),
– *Donuruq* (emosional olaraq bloklanırıq)
Moduslar bəzən “yaralı uşaq”, “qəzəbli uşaq”, “tənqidçi valideyn”, ” və s. Kimi formalar alır. Bu rejimlər bizə təhlükəni önləmək üçün xidmət edir, lakin münasibətlərin dərinliyini və şəffaflığını pozur.
Valideyn modusları: Beynimizdəki səslər
Bir çox insan münasibətlərdə — istər romantik, istər dostluq — daxili tənqidçi səslə yaşamağa davam edir. Bu səslər uşaqlıqda eşitdiyimiz və içimizə yerləşmiş mesajlardır:
Uşaqlıq dövrü — xüsusilə ilk 6-7 il — insan psixikasının ən formalaşdırıcı mərhələsidir. Bu dövrdə emosional ehtiyaclar (sevilmək, qorunmaq, dəyərli olmaq, sərhədlər qoymaq və s.) qarşılanmadıqda, uşağın şüurunda dərin, şərtsiz inanclar formalaşır. Məsələn:
– “Mən tərk ediləcəm”,
– “Mən sevilməyə layiq deyiləm”,
– “Mənim ehtiyaclarım əhəmiyyətsizdir”.
Bu sxemlər həyat boyu insanın davranışlarını, seçimlərini və münasibətlərini gizli şəkildə yönləndirir.
Davranış strategiyaları
Bu sxemlər aktivləşəndə, şəxs sanki onu yox etməkvə ya onu doğrultmaq adına xüsusi “rejimə” keçir — yəni emosional autopilot işə düşür.
Bu rejimlər uşaq rejimi, valideyn rejimi və ya sağlam yetkin rejimi kimi təsnif olunur. Uşaq rejimləri şəxsiyyətin emosional ehtiyaclar hissəsidir, valideyn rejimləri isə içsəl tənqidçi, utandırıcı və ya qəddar səs kimi çıxır.
Münasibətlərdə valideyn rejimlərinin oyunu
-“Çox hiss göstərmə, zəif görünərsən.”
“Daha çox çalışmalısan, bu bəs deyil.”
-“Əgər yaxınlıq göstərsən, səni tərk edərlər.”
Bu valideyn modusları bizim davranışımızı daim formalaşdırır, istər emosional yaxınlıqdan qorxaq, istər mükəmməllik tələbi ilə yaşayaq.
Terapiyada nə edilir?
Məqsəd bu sxemləri, rejimləri və onların formalaşma səbəblərini anlamaqdır. Terapiya şəxsə aşağıdakı suallarla yanaşır:
– Sənin hansı emosional ehtiyacların qarşılanmayıb? Münasibət hekayəsini almaq üçündür bu.
– Bu ehtiyaclar sənə necə bir mesaj verib?Yəni bütün bunlar olarkən şəxs hansı özünə dair inamlar inkişaf etdirib.
– Bu mesaj sənin kimliyini necə formalaşdırıb? Hadisələr, adamlar və onların davranışları şəxs haqqında nə mənaya gəlib.
– Bu sxem hansı rejimi doğurur?Şəxs bu inamı doğrultmaq və ya onu yox etmək, inkar etmək, basdırmaq adına hansı hissə bürünür?
– Sən bu rejimdə hansı davranışa keçir və nəyi qorumağa çalışırsan?Şəxs əsasən bu rejimlər ortaya çıxanda hansı addımları atır, hansı davranışları sərgiləyir?
Bu sualların cavabı şəxsə, münasibətlərində və gündəlik həyatında hansı iç ssenari ilə yaşadığını görmək imkanı verir.
Münasibətlərdə qarşı-qarşıya gələn dəyərlər
Münasibət çox vaxt iki insanın öz uşaqlıq hekayələri ilə bir-birinə toxunmasıdır. O hekayələrdə sevgi azlığı, tərk edilmə qorxusu, dəyərsizlik inamı varsa, münasibətdə də bu hallar qığılcım kimi aktivləşə bilər. Əgər biri uzaqlaşırsa, bəlkə də qorxur. Əgər digəri hücum edirsə, bəlkə də dəyərsiz hiss etdiyi üçün döyüşür.
Bunu anlamaq, həm özümüzə, həm qarşı tərəfə qarşı şəfqətli və məsuliyyətli baxış qazandırır.
Psixoloq Nəsimi Qiyasov
Bu yazı cox maraqli oldu, men de bele fikirləşirəm. Menim fikrimcə, münasibətlərin bitməyi çox zaman tərəflərin bir-birinə nə dərəcədə bağlı və anlayışlı olmasından asılıdır. Hər kəsin içindəki emosiyalara diqqət etmək lazımdı.
Bəli, həqiqətən də münasibətlərə görə hər kəsin keçmişi rol oynayır. Yəni, bir-birinə nə qədər dəyər verirlərsə, o qədər uzun müddət davam edər. Əgər bir tərəf daha çox verir və digəri qayğı göstərmirsə, bu münasibətə mənfi təsir edə bilər.
Tamamilə razıyam. Əgər insan özü ilə barışıq deyilsə, o zaman münasibətdə də çətinliklər yaranır. Uşaqlıqda yaşananlar insanın özünə inamını və münasibətlərini çox təsir edir.
Bu yazıda çox doğru fikirlər var. Məncə, hər iki tərəf bir-birinə şəffaf olmalı, anlayışlı olmalı ki, münasibətləri sağlam qura bilsinlər. Əks halda, münasibət tədricən bitə bilər.