Bu günlərdə karonavirus səbəbi ilə yaranan sosial izolyasiya ilə əlaqədar autizm spektr pozuntusu olan uşaqlarda yarana biləcək problemlər bir çox valideynləri narahat edir. Bu yazıda məhz bu haqda danışacaq və bu problelə üzlə.ənlərə məsləhətlərimizi təqdim edəcəyik.
– Məktəb və bağçaların bağlı olması səbəbi ilə bu uşaqlar aqressiv və üzgün ola bilər.
– Stereotiplərdə artım və ümumi depressiv hal müşahidə edilə bilər.
– Aktivliyin azalması və gün rejiminin dəyişməsindən yaranan yuxu problemləri yaşana bilər.
– Stereotiplərin artması ilə bağlı içə qapanmalar ola bilər.
– Valideynlərdə bütün gün uşaqla evdə qalmaqdan yaranan tükənmələr yaşana bilər.
Bəs görəsən bu günlərdə vəziyyətin gərginliyini aradan qaldırmaq üçün nələr edə bilərik?
– Gün ərzində evdə ediləcəklərin planını hazırlayın.
-Günəş işığı düşən balkon və bağçada təmiz hava almasına şərait yaradın.
– Virus və mikrob var deyərək qorxutmayın.
– Evdə öyrədici təlimlərlə bogmayın, diqqətini çəkməyən tapşırıqlar verməyin .
– Ona çölə çıxmağı xatırladacaq üst geyim və ayaqqabıları göz önündə tutmayın.
– Sakit olması üçün telefon və televizora qapanmasına izn verməyin.
– Aqressiv haldaykən üstünə getməyin, təhdid etməyin. Özünə vurarsa, qarşı durun.
– Stereotipləri olanda danlamayın, acıqlanmayın.
– İçə qapanmalar artarsa, diqqətini dağıtmağa çalışın, olduğu mühiti dəyişin.
– Yuxu rejimini və rituallarını bu müddətdə dəyişməyin.
-Bütun ailə üzvlərinin birlikdə oynaya biləcəyi oyunlar təşkil edin, leqolarla oynayın, sevdiyi kitabları oxuyun.
– Autizm spektr pozuntulu uşaqların dabanlarını gündə bir dəfə masaj edin. Həmin anda onlarda relaksasiya baş verir ki, bu da uşaqların özlərini daha yaxşı hiss etməsinə imkan yaradır.
Bu karantin zamanını ola bildiyimiz qədər pozitiv şəkildə keçirməyə çalışaq. Əziz valideynlər, çətin günləri ən asan yolla keçirmək üçün empati qurun, onun kimi hiss etməyə çalışın. Unutmayın ki, bu günlər keçəcək.
Psixoloq Zülfiyyə Əsədova