kartof sorbasi

Kartof şorbası necə hazırlanır?

Baxış sayı: 651

Lazım olan ərzaqlar

4 stəkan bulyon

250 q kartof

1 ədəd baş soğan

2 yemək qaşığı yağ

1 yemək qaşığı un

duz

 

Dadlı olması üçün

1 ədəd yumruta sarısı

1 stəkan süd

 

Hazırlanma qaydası

Kiçik-kiçik doğranmış soğanı yağda azca qovurun. Un əlavə edb qarışdırın. Bulyonu əlavə edin. Soyularaq iri doğranmış kartofları və duzu da əlavə edib əzilincə bişirin. Bişən kartofları blender vasitəsi ilə püre halına gətirin. Ayrı bir kasada yumurtanın sarısını möhkəm çırpdıqdan sonra soyuq südüdə əlavə edib sonra şorbaya qatın. Bir az daha qaynatdıqdan sonra kartof şorbanız servisə hazırdır. Istəyə görə üzərinə kərə yağı ilə pul bibər qızardaraq tökə bilərsiniz.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir