Askaridlərin törətdikləri xəstəlik askaridoz adlanır. Bu xəstəlikdən uşaqlar da, böyüklər də əziyyət kəçir. Hətda 1 aylıq uşağın askaridoz olması haqda məlumat var. Askaridlər yoluxmuş adamın əsasən nazik bağırsağında yasayırlar. Dişi qurdların uzunluğu 25-45 sm, erkəklərin 15-25 sm çatır.
Bununla bağlı oxucularımızı məlumatlandıran Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt Nərminə Abbasova bildirdi ki, yoluxmuş adamın bağırsağında bir neçə dənədən bir neçə yüzədək askaridlər ola bilər.
Həkim-terapevtin sözlərinə görə, mayalanmış dişi qurdlar vaxtaşırı sutkada 250 000-dək yumurta tökürlər. Yumurtalar nəcislə torpağa düşsə, əlverişli şəraitdə 24 günə yetişirlər və 20 ildən çox meddətə yoluxucu olurlar:
“Adamlar askarid yumurtalarını udmaqla yoluxurlar: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, tozdan və sair. Bağ-baxçalar insan nəcisi ilə kübrələnən yerlərdə askaridoz daha çox müşahidə olunur. Həşəratlar da qurd yumurtalarını ayaqlarında yayırlar. Udulmuş yumurtalardan nazik bağırsaqda sürfələr çıxır. Onlar bağırsağın divarını və oradakı venoz qan damarını dəlib, qanla orqanlara yayılırlar. Təxminən 8 saatdan sonra sürfələr qara ciyərə, sonra ürəyə və bir sutkaya ağ ciyərlərin kapillyar qan damarlarına çatırlar. Onları da dəlib, nəfəs yollarına keçirlər, ağıza doğru hərəkət edirlər. Burada tüpürcəyə qarışırlar, udulurlar və yenidən nazik bağırsağa düşürlər. Nazik bağırsağda sürfələrdən iki aya cinsi yetişmiş askaridlər əmələ gəlirlər. Bağırsaqdakı askaridlərin ömrü 1 ilə yaxındır. Ancaq təkrar yoluxmalar nəticəsində xəstəlik illərlə davam edə bilər. İri qurdlar bağırsaqdakı həzmə hazır olan qidaları, vitamin-mineralları mənimsəyirlər. Əvəzində özlərinin nəcislərini-ifrazatlarını buraxırlar. Zəhərli maddələr qana sorulub, bütün orqanlara yayılırlar”.
Həkim deyir ki, askaridlər yoğun bağırsağa keçib, kolit, appendisit törədə bilirlər. Hətda bağırsağı deşib, çox təhlükəli peritonit də törədə bilirlər:
“Öd yollarına, öd kisəsinə, mədəaltı vəzin axarına keçəndə sarılıq və bu orqanlarda irinli iltihablaşmalar yaradırlar. Bəzən askaridlər qusuntu ilə ağızdan, burundan çıxırlar. Belə hallar xəstəni və yanındakıları çox qorxudur. Hərdən askaridlər nəcislə çıxır. Askaridlərin qırtlağa keçib xəstənin ölməsinə səbəb olduğu hallar da həkimlərə məlumdur. Qurdlar bir-birinə dolaşıb bağırsaq keçməməzliyi də yadırlar. Askaridlərin sürfələri də təhlükəlidirlər. Onlar iki həftə ancaq qanla qidalanırlar. Əvəzində ozlərinin nəcisləri-ifrazatları ilə yoluxmuş adamın qanını və başqa orqanlarını zəhərləyirlər. Sürfələr qanla hərəkət edən zaman nazik bağırsağı, venoz qan damarlarını, qara ciyəri, ürəyi, ürəkdən ağ ciyərlərə gedən qan damarlarını, ağ ciyərləri, bronxları, qırtlağı, udlağı, tüpürcək vəzlərini, burun ətrafındakı boşluqları zədələyirlər. Zədəli yerlərdə qansızmalar, iltihablaşmalar, çapıqlar əmələ gəlir”.
Nərminə xanım askaridlərə yoluxanlarda hansı əlamətlərin olmasından da bəhs etdi. Bildirdi ki, qarında ağrılar, selik axma, döş qıcama, öyümə, qusma, iştahanın pozulması, qan azlığı, baş ağrıları, özündən getmə, baş hərlənmə, allergiya, dəridə səpkilər, qaşınmalar, saçların tökülməsi, ishal, qəbzlik və sair əlamətlər ola bilər:
“Biz belə xəstəlikləri duadenit, enterit, eroziya, xora, disbakterioz, hepatit, endokardit, aritmiya, pnevmoniya, bronxit, bronxial astma, allergiya, anemiya, traxeit, larinqit, otit, limfadenit, qaymorit, miqren, nevroz adlandırırıq. Hər kəsin askaridlərə qarşı özünəməxsus reaksiyası var. Kimdəsə bu əlamətlərin bir neçəsi, başqasında isə daha çoxu ola bilər. Əlamətlərin ifadəsi də müxtəlif olur. Kimsə nərahatcılıqlarına heç fikir vermir, başqasında isə əlamətlər güclü ifadə olunur. Hamiləlik dövründə askaridoz xüsusən təhlükəlidir, çünki sürfələr anadan dölə keçə bilirlər. Əgər onlar dölün həyatı üçün vacib orqanları zədələsə, hamiləlik dölün ölümü, uşaqsalma ilə qurtarır. Başqa orqanlar zədələnəndə doğulmuş uşaqda qüsurlar, eybəcərlik, anlaşılmaz xəstəliklər olur. Hamilələrdə öyümə, qusma halları tez-tez olur. Bəzən bunu toksikoz adlandırırlar. Amma ehtiyatlı olmaqlazımdır, çünki bunlar qurların əlamətləri də ola bilər”.
Nərminə xanım bildirdi ki, askaridlərin yaratdıqları xəstəliklər müxtəlif olduğuna görə, xəstələr müxtəlif ixtisaslı həkimlərə müraciət etməlidilər. Bunlar terapevt, qastroenteroloq, hepatoloq, kardioloq, pulmonoloq, burun-boğaz, nevropatoloq, allerqoloq, ginekoloq, dermatoloq və sairdir.
Askaridozun diaqnostikası barədə ətraflı məlumat verən həkim-terapevt bildirdi ki, uşaqda və ya böyükdə askaridozun olmasından şübhələnməyə izah edilməyən və davamlı temperatur, öskürək, dəri səpkiləri, həzmin pozulması, arıqlama, əsəbilik kimi şikayətlər əsas verir:
“Helmint invaziyasını erkən mərhələdə aşkarlanmasına immunoferment analiz və lateks-aqqlütinasiya reaksiyaları vasitəsilə qan serumunda antitellərin təyini kömək edir. Qanın ümumi analizində dəyişikliklər eozinofiliya, EÇS-nin yüksəlməsi, mülayim leykositoz, anemiya ilə xarakterizə olunur. Bronxopulmonal sindromlu pasientlərdə ağciyərlərin rentgenoqrafiyası zamanı “uçan Löffler infiltratı” – miqrasiya edən larvalarla birgə yerini dəyişən infiltrasiya ocaqları aşkar olunur. Bəlğəmin mikroskopik müayinəsində askarid larvaları görünə bilər.
Xroniki fazada askaridozun diaqnostikasının əsas metodu nəcisin helmint yumurtalarına görə müayinəsidir. Lakin bu üsulla invaziyanı yoluxmadan yalnız üç ay sonra aşkar etmək olar. Parazitliyi yalnız erkək, cinsi yetişməmiş dişilər və qoca qurdların etdiyini nəzərə alsaq, helmint yumurtaları nəcisdə olmaya da bilər. Belə olan halda diaqnostik dehelmintizasiya aparılır. Kontrast maddə fonunda nazik bağırsağın rentgenoqrafiyasında bağırsağın mənfəzində açıq rəngli, lent və ya yumaq şəkilli askaridləri görmək olar.
Onu da qeyd edim ki, erkən fazada askaridozu pnevmoniya, vərəm, ağciyərlərin xərçəngindən fərqləndirmək lazımdır. Xroniki faza differensial diaqnostika ilk növbədə duodenit, enterit, xolesistit və həzm sisteminin başqa xəstəlikləri ilə aparılmalıdır”.
Nərminə xanım deyir ki, Askaridozun müalicəsi infeksionistin kontrolu altında aparılır. Onun sözlərinə görə, ümumi tövsiyələrə, başlıca olaraq, vitaminlərlə, heyvan zülalları və üzvi karbohidratlarla zəngin qidalanmaya nəzarət aiddir:
“Dərman terapiyası antihelmint preparatlarla aparılır. Belə ki, askaridozun erkən fazasında tiabendszol və ya mebendazol, bağırsaq fazasında levomizol, pirantel və sair təyin olunur. Allergizasiyanı azaltmaq məqsədilə antihelmint preparatlarla eyni zamanda antihistamin preparatların qısa kurslarla qəbulu tövsiyə olunur. Həzm funksiyasının normallaşdırılması məqsədilə enzimlər istifadə olunur. Bağırsaq mikroflorasının korreksiyası probiotik preparatların köməyilə aparılır.
Qeyd edim ki, antihelmint terapiyanın effektivliyinin kontrolu 3 qat müalicə kursundan 2 həftə və 1 ay sonra həyata keçirilir. Askaridozla xəstələnmiş pasientlərə 3 il ərzində hər il koproovoskopiya aparılması ilə dispanser müşahidə tətbiq olunur. Askaridozun profilaktikası xəstələrin vaxtında aşkarlanmasına, uşaqların gigiyenik tərbiyəsinə, böyüklər arasında sanitar mədəniyyətin səviyyəsinin yüksəlməsinə yönəlməlidir”.
Həkim deyir ki, askaridozla yoluxmadan qaçmaq üçün elementar gigiyena qaydalarına riayət etmək lazımdır. Onun sözlərinə görə, askaridozun fəsadlaşmamış gedişində proqnoz kafidir. Təkrari invaziya olmadıqda təxminən 1 il sonra askaridlərin təbii məhvi səbəbindən öz-özünə sağalma baş verir. Fəsadlaşma nisbətən nadir, əsasən uşaqlarda və zəifləmiş pasientlərdə inkişaf edir.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)