KIRIM QUTABI

Kırım qutabı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 679

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə Kırım qutabının hazırlanma qaydasını təqdim edəcəyik.

 

Tərkibi:

Xəmir üçün:

Un – 500 qr

Bitki yağı – 5-6 damc

Su – təxmini 250 ml (xəmir nə qədər apardı)

Duz – bir çimdik

 

İç üçün:

Çəkilmiş ət – 300 qr

Baş soğan – 150 qr

Su və ya varsa ət bulyonu – 4-6 x/q

Cəfəri

Duz

İstiot

Qutabları qızartmaq üçün bitki yağı

 

Hazırlanması:

Xəmirin yoğrulması:

Unu ələyib, bir çimdik duz və 5-6 damcı bitki yağı əlavə edirik. Xəmiri yaxşıca ovuşdururuq.

Sonra suyu unun üzərinə hissə-hissə tökərək, xəmiri yoğurmağa başlayırıq. Yoğrulandan sonra xəmiri dincə qoyuruq (40-60 dəqiqə).

 

İçin hazırlanması:

Soğanı soyub, ya blenderdən, ya da ətçəkən maşından keçirib, qiyməyə qatırıq.

Sonra cəfərini də doğrayıb, ətə vururuq. Duz-istiot əlavə edirik. Sonra qiyməni yaxşı-yaxşı qarışdırırıq. Ona bulyon və ya suyu töküb, yenə qarışdırırıq. Qiymə 30 dəqiqə soyuducuda saxlanılmalıdır.

Dincə qoyulmuş xəmiri hər biri təxminən 60 qr. olmaqla bərabər hissələrə ayırırıq.

Onları əllə yumrulayırıq və oxlov vasitəsilə açırıq. Xəmirlərin hər birinə 2 x/q iç qoyub, örtürük.

Çəngəl vasitəsilə kənarlarını “möhkəmlədirik”. Qutabları qızılı rəng alana kimi qızardıb, masaya təqdim edirik.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir