gunes vannasi

Günəş vannasını düzgün necə qəbul etməli?

Baxış sayı: 791

Yay mövsümünün  demək olar, əvvəlindən etibarən havaların xeyli isti keçdiyinin şahidi oluruq. Artıq Milli Hidrometeorologiya Xidmətindən bu yay üçün anomal hava şəraitinin olacağı barədə proqnozlar da verilib.

Bəs görəsən, yay mövsümündə düzgün “zaqarı” necə alaq ki, vitamin D ehtiyatımız böyük, viruslara qarşı immunitetimiz isə güclü olsun? Vitamin D-nin koronavirusa yoluxmaya qarşı əhəmiyyəti nə dərəcədədir?

Dəri zöhrəvi həkim Tabir Xəlilov mövzu ilə bağlı aşağıdakıları dedi: “Vitamin D immuniteti gücləndirir, hazırda dünyanın COVİD-ə qarşı apardığı mübarizədə olduqca mühüm əhəmiyyət daşıyır. Ona görə də çalışıb bu yay ərzində bol Günəş vannası qəbul etmək lazımdır. Nə qədər çox qəbul etsəniz, o qədər yaxşıdır. Əgər yayda bol Günəş vannası qəbul etsən, qışda virus infeksiyalarına qarşı immunitet formalaşacaq”.

Həkim əhalinin bəzi hallarda Günəş vannasından düzgün istifadə etmədiklərini qeyd edir: “Yayda bizə çoxlu müraciətlər olur, əksəriyyət günorta saatlarında Günəş vannası qəbul edib, fəsadlar ortaya çıxıb. Günorta vaxtlarında dənizə getmək əksinə, dəri yanığı əmələ gətirir. Ona görə də saat 12-dən sonra gün altında çox gəzmək olmaz. Günəş xeyir əvəzinə ziyan verir. Çox vaxt pasiyentlərin əksəriyyəti suluqlu yanıqlarla bizə müraciət edirlər.

Gözəl Bir Dəri Tonu Almaq üçün Günəş Vannası Necə Alınır? | Təcrübə 2021

Dənizə saat 5-dən sonra getmək daha yaxşıdır. Eyni zamanda, səhər saat 9-a kimi getmək də çox faydalıdır. Orada yod, brom və digər mikroelementlərin qəbulu orqanizmə fayda verir. Zob xəstəliyi olanlar sübh tezdən-saat 5-6-da dənizin üstündə köpük olan vaxtı orada mikroelementləri qəbul etməlidir. Yəqin ki, həmin an dənizdə hiss etmisiniz, yod iyi gəlir, bax bu çox faydalıdır. Ancaq vitamin D qəbulu üçün saat 9-12, bir də saat 5-dən sonra getmək lazımdır. Valideynlər bu dönəmdə uşaqlarını  dənizə nə qədər çox aparsa, bir o qədər faydası var”.

Həkim yayda insanların dərisində yaranan ləkə, qaşınma kimi əlamətlərin yaranma səbəbinə də aydınlıq gətirdi: “Bunlar əlvan dəmirovlardır. Dənizin kənarında natəmiz, çirkli  yerlərdən istifadə edəndə belə dəri xəstəlikləri yaranır. Nəticədə dəridə ləkələr əmələ gətirir, boğazda, qollarda ləkələr, qaşınmalar olur. Ona görə diqqət etmək lazımdır ki, suyu təmiz olan ərazilərdən istifadə etmək lazımdır”.

Balkonda günəş vannası: tövsiyələr və qaydalar - Axtarışlar - 2021

T.Xəlilov deyir ki, Günəşdən qoruyan kremləri seçərkən də diqqətli olmaq lazımdır: “Günəş vannasından qorunmaq üçün 50, 80, 100 faiz qoruyucu kremlər var. Amma bunu almağa hər kəsin imkanı çatmır. Keyfiyyətli kremlər 60-100 manat arasında dəyişir. Ən yaxşısı Naftalan yağı, Naftalan mazıdır, apteklərdə var, onlardan alıb qəbul edə bilərlər. Həm keyfiyyətlidir, qiyməti də ucuzdur. Amma Naftalan mazı qara rəngdədir. Təmizlənmiş Naftalan yağı açıq rəngdə olur. Bu yağın müalicəvi əhəmiyyəti var, həm də yanmaqdan qoruyur”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir