kisi-klassik-ag-koynekleri

Kişi köynəyi əyində necə oturmalıdır

Baxış sayı: 1. 923

İlk baxışdan bu suala cavab heç də çətin kimi gəlmir. Lakin əksər kişilər hələ də iki dəfə böyük ölçülü köynəklər geyinməyə davam edirlər.

Yaxalıq
Düzgün ölçü: yaxalıq boyun parametrinə uyğun olaraq bağlanır, lakin sıxmır. Yaxalıq ilə boyun arasına istənilən yerdə barmaq keçirmək olur.

Köynək balacadır: yaxalıq bağlansada boynunuzu sıxır. Dəriniz ilə onu hiss edirsiniz və bu sizə diskomfort verir. Yaxalıq və boyun arasına barmaq keçirmək olmur.

Köynək böyükdür: yaxalıq boyunla təmas etmir. Yaxalıq boyun arasında maneəsiz barmaq və ya bir neçə barmaq keçirmək olar.

Çiyinlər
Düzgün ölçü: şaquli çiyin tikişi çiyinin bitdiyi yerdə oturmalıdır.

Köynək balacadır: həmin tikiş çiyindən qabaq bitir. Nəticədə qol hissəsinin yuxarısı çiyində qalır. Nəticədə çiyində və qollarda qeyri-standart yığışmalar yaranır.

Köynək böyükdür: köynəyin çiyini çiyindən uzundur, qolaltı böyük olduğu üçün siz onu hiss etmirsiniz.

Bədən
Düzgün ölçü: düymələr rahat bağlanır, düymələr tam ortadadır. Köynək əyninizdə “tökülmür”.

Köynək balacadır: düymələr çətinliklə bağlanır, aralarından bədəniniz görsənir. Köynək dardır.

Köynək böyükdür: parça artıqları sinədə və qarında yığışır, küləkdə köynək yelkən kimi şişir. Şalvarın qıraqlarında sallanır.

Qollar
Düzgün ölçü: köynəyin qolu yuxarıda biraz enli majetdə isə daralaraq konus şəklində olmalıdır. Dirsək seçilməməlidir. Köynəyin qolu uzununa rahat oturmalıdır.

Köynək balacadır: ilk baxışdan hər şey yaxşıdır, lakin ilk tərpənişdə çiyin və dirsək hissələri dartınır.

Köynək böyükdür: manjet tərəfdə köynək xurcun kimi sallanır. Böyük olduğu üçün qola dolaşır.

Manjet
Düzgün ölçü: köynək asanlıqla manjet açılmadan qolda çıxmalıdır. Manjetin altına saat girə bilir.

Köynək balacadır: düyməni açmadan soyunmaq olmur. Manjet qolunuzu sıxır. Saatı yalnız manjetin üstünə taxmaq olur, yoxsa ilişir.

Köynək böyükdür: manjet o qədər enlidir ki, manjetin altına saat və bir neçə barmaq keçirmək olur. Manjet yığışır.

Qolun uzunluğu
Düzgün ölçü: köynəyin qolu əlin başlanğıcına kimi çatır və ordakı sümüyü örtür. Pencəyin altından 1,5 santimentr uzunluğunda bayıra çıxır.

Köynək balacadır: manjet əldəki sümüyü örtmür və pencəyin altından görsənmir.

Köynək böyükdür: majet əlin üstünə düşür. Saat daim manjetin altında qalır.

Uzunluq
Düzgün ölçü: köynəyin uzunluğu üstə qalanda eyni dərəcədə kəmərin üstünü örtməlidir. Beləki, köynəyi şalvarın içinə salmaq olur.

Köynək balacadır: köynək üstə qalanda kəmərin üstünü örtmür. İçəri salanda daima qıraqlardan çıxır.

Köynək böyükdür: köynək o qədər uzundur ki, şalvarın zəncirbəndinin (zamokunun) üstünü örtür. Əgər şalvarınızın içinə salsanız, ayaqlarınızın arasında yığışacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir