maska

Sızanaqları yox edən MASKA

Baxış sayı: 1. 155

“Gencaile.az”  Aile.lent.az-a istinadən üzündə sızanaq problemi olan xanımlar üçün maska resepti təqdim edir. Evdə hazırlaya biləcəyiniz bu maska ilə sızanaqlarınızdan tez bir zamanda qurtula bilərsiniz.

Maskanın tərkibi:

2 stəkan gül suyu

1 ədəd dilimlənmiş alma

2 ədəd yumurta ağı

Yarım çay qaşığı lanolin

1.5 yemək qaşığı arpa unu

1 xörək qaşığı doğranmış kərəvəz

1 xörək qaşığı doğranmış razyana

Hazırlanması:

Bir qab, ya qazan götürün, içinə su töküb qaynadın. Qabın ağzına suya dəyməyəcək şəkildə bir kasa oturdun. Kasanın içində gül suyu, alma, kərəvəz, arpa unu və razyananı qarışdırın. Qarışım lopa halına gələndə çırpılmış yumurta ağını və lanolini əlavə edin. Əldə etdiyiniz bu qarışımı süzün və eyni rəng alana kimi çırpın. Artıq maska hazırdır. Onu sızanaqların üzərinə sürtə bilərsiniz. Bu maskanı soyuducuda saxlayıb, bir neçə gün istifadə etmək olar.