kisi-qadin

Kişilər və qadınlar haqda təsdiqlənmiş 6 stereotip

Baxış sayı: 664

Xanımlar, inciməyin, amma kişilər orientasiyanı sizdən daha yaxşı izah edirlər. Kişilər, inciməyin, xanımlar eyni anda bir neçə işin öhdəsindən gəlməyi sizdən daha üstün bacarırlar. “Eşitdiyimiz belə ifadələr sadəcə sözlər deyil – bunu artıq müasir elmi araşdırmalar da təsdiqləyir”,-deyə “Teleqraf” yazır. Odur ki, bir daha bu tip müqayisələr eşidəndə mübahisə etməyə belə tələsməyin…

kisi

Kişilər eqoistdirlər

Artıq elm adamları təsdiqləyirlər ki, kişilər praktiki olaraq simpatiyadan məhrumdurlar, münasibətlərin aydınlaşdırılmasına nifrət edirlər və şikayət etdikdə və ya “nağıl etməyə” başlayanda sadəcə eşitmə funksiyalarını “söndürürlər”. Bir insanın səmimi şəkildə empatiya qura bildiyi, duyğularının tam spektrini göstərən yeganə varlıq özüdür.

Avstraliyalı tədqiqatçılar 20 min kişi və qadınla müsahibə apardıqdan sonra müəyyən ediblər ki, kişilər partnyorlarının həyatında baş verən müxtəlif hadisələrdən praktiki olaraq təsirlənmir, qadınlar isə fəal şəkildə izləyir və partnyorlarının həyatında baş verənlərdən həyəcanlanırlar.

kisi-qadin

Qadınlar danışqandırlar

Neyropsixiatr Luanne Brisendine hesablayıb ki, qadınlar gündə orta hesabla 20 min söz danışır ki, bu da kişilərdən ən azı iki dəfə çoxdur.

Bundan əlavə, onların nitqi daha sürətli olur, söhbətə daha çox beyin hüceyrələri cəlb olunur və uşaqlıqda da adətən qızlar oğlanlara nisbətən daha tez danışmağa başlayırlar. Qızlarda həm də “FOXP2” zülalı 30% daha aktivdir, bu zülal sadə dildə desək “nitq geni” adlanır, çünki əsasən nitq və dil bacarıqlarının düzgün inkişafında məsuldur.

kisi-qadin

Kişilərin zarafatları daha gülməli olur

2011-ci ildə Kaliforniya Universitetinin psixoloqları professor Laura Miksin rəhbərliyi altında maraqlı bir təcrübə apardılar. Kişilərdən və qadınlardan şəkillər üçün gülməli başlıqlar hazırlamaları və sonra onları münsiflər heyətinə göndərmələri istənildi.

Bütün qalib şüarların kişilər tərəfindən hazırlandığını öyrənsəniz, təəccüblənərdinizmi? Bəlkə də təbiətin qanunauyğunluğu məhz budur: yumor bir qadını fəth etməkdə kişinin vacib silahıdır.

kisi-qadin

Qadınlar içə bilmirlər

Bu, biologiya səviyyəsində izah olunur: insan orqanizmində izofermentlər, daha doğrusu, onların xüsusi qrupu olan dehidrogenazlar spirtin parçalanmasına cavabdehdirlər. Əksər kişilərdə onlar kifayət qədərdir, lakin qadınlarda belə fermentlər azdır. Buna qadınların kişilərdən daha az bədən çəkisinə malik olmalarını da əlavə etsək, qadınların niyə daha tez sərxoş olduqlarına və alkoqola daha dözümsüz olduqlarına cavab alacaqsınız.

QADIN-KISI

Kişilər orientasiyanı daha yaxşı izah edə bilirlər

Norveç Elm və Texnologiya Universiteti 18 kişi və 18 qadının iştirakı ilə təcrübə aparıb. Onlar müxtəlif tapşırıqları yerinə yetirərkən virtual labirintdən keçməli idilər. Kişilər tapşırıqları yerinə yetirərkən qadınlardan 50% daha çox üstünlük qazandılar.

Nəticələr göstərdi ki, kişilər əsas məqamlara diqqət yetirərək ən qısa, ən birbaşa və asan yolu seçirlər. Qadınların tamamilə fərqli yanaşması var, onlar optimal marşrutlardan uzaqlaşırlar, lakin eyni zamanda yaxın radiusda işi daha tez tapırlar. “Bütün bunlar kişilərin ov üçün getdiyi, qadınların isə sığınacağı qorumaq üçün qaldığı uzaq mağara keçmişinin mirasıdır”,-deyə alimlər izah edirlər.

ailə və karyera

Qadınlar eyni anda bir çox şeyi edə bilərlər

Bu, 2010-cu ildə “Hertfordshire” Universitetinin psixoloqları tərəfindən sübut edilmişdir. Tədqiqatın iştirakçıları – 50 oğlan və 50 qız 8 dəqiqə ərzində eyni vaxtda 3 tapşırığı yerinə yetirməli idilər: arifmetik məsələləri həll etmək, xəritədə restoranları tapmaq və xəyali sahədə gizlənmiş açarı tapmaq üçün plan qurmaq.

“Biz gözləyirdik ki, fəza təxəyyülü daha yaxşı inkişaf etmiş kişilər tez bir zamanda xəritə və açarın öhdəsindən gələcəklər, lakin nədənsə onların axtarış strategiyası məntiqsiz oldu. Məsələn, açarı meydanın mərkəzində axtarmağa başladılar və çoxlu yoxlanılmamış yerlər buraxdılar. Qadınlar isə bir küncdən başladılar və bütün sahəni “darayaraq” qarşı tərəfə keçdilər”,-deyə professor Keith Loues bildirdi.

Ümumiyyətlə, test göstərdi ki, iş çox olanda və vaxt bitəndə belə qadınlar dayanıb diqqətlə düşünmək üçün vaxt tapmağı bacarırlar.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir