Xestelik

Tarixin müəmmalı xəstəlikləri

Baxış sayı: 720

Bəşəriyyətin tarixində bir çox qorxulu xəstəliklər olub.  Epidemiya halını almış bu xəstəliklər minlərlə insanın həyatına son qoyulub. Bu xəstəliklərdən elələri var idi ki, sanki onlar qorxulu filmlərdən reallığa çevrilmişdilər və onların bəzilərinin  səbəbləri artıq bilinsə də bəziləri isə sirr olaraq qalır.

 

Partlayan dişlər

Diş ağrısı dəhşətli və bəzən dözülməz ola bilir. Lakin XIX əsrdə  müşahidə olunan bu qorxulu xəstəliyə yoluxan insanlar reallıqla əlaqəsini itirərək, quduz itlər kimi davranırdılar. Xəstələrin dişləri şiddətli dərəcədə ağrıyandan sonra içəridən partlayırdı və bu partlayış bəzən elə güclü idi ki, xəstələr huşlarını itirdilər. Belə xəstələrə heç bir ağrıkəsici kömək etmirdi. İlk dəfə bu nadir xəstəlik haqqında ABŞ-ın Pensilvaniya ştatında yaşayan diş həkimi Etkinson maraqlı bir məqalə yazdı və bu məlumat 1817-ci ildə “The Dental Cosmos” adlı jurnalda çap olundu.  Məqalədə  bu carəsiz xəstəliyə düçar olan insanlar haqqında danışılırdı. Onun xəstələrindən biri keşiş idi və dözülməz ağrılar onu vəhşi bir heyvana bənzətmişdi. Ağrıdan huşunu itirən keşiş özünü hasara çırpırdı, şahidlərin sözlərinə görə , o, hətta burnu ilə yeri qazırdı. Lakin bir gün səhər 9-da keşişin ağzında, sanki tapança partladı və xəstəni dəliyə döndərən diş öz-özünə parçalandı və bununla  onun keçirdiyi bütün əzablar bitmiş oldu. 19-cu əsrdə oxşar hallar 5-6 nəfərdə təkrar olundu və 1920-ci ildən sonra bu cür qəribə hallar tamamilə dayandı. Etkinsonun müşahidələrinə görə, diş partlamalarının səbəbi gümüş və qurğuşundan hazırlanmış plomb dişlər ilə hidrogen arasında gedən reaksiya idi.

 

Psixolojı “Şüşə illüziyası”

Bu xəstəlikdən əsasən orta əsrlərdə yaşamış insanlar əziyyət çəkirdilər və xəstəliyə həm varlı, həm də kasıb insanlar yoluxurdular. Xəstəliyə yoluxmuş insanlar düşünürdülər ki, onların bədənləri şüşədən hazırlanıb və hər an bir hərəkətlə onlar milyonlarla hissəciklərə səpələnəcəklər. Həmçinin bu xəstəlik bir anlıq tutmalar ilə baş verirdi. Məsələn, hansısa şəxs sakit bir şəkildə söhbət etdiyi zaman birdən- birə ani bir hərəkətlə hissəciklərə səpələnəcəyini bəyan edir və özünü buna inandırırdı. Alimlər fikirləşirlər ki, bu, psixolojı bir epidemiya idi. Belə ki, şüşə illüziyasına ilk dəfə 1400-cü ildə Karl VI yoluxmuşdur. Daha sonra o təqlid epidemiyası kimi yayıldı.

 

Xloremiya xəstəliyi

200 il ərzində xloremiya və ya başqa adla desək, xlorotik anemiya yüksək təbəqəli qadınların qorxulu yuxularına çevrilmişdi. Onlar depressiyaya düşərək ayaq üstə dura bilmirdilər. Nəticədə günün çox vaxtını yatmaqla keçirirdilər. Beləliklə, qadınlarda oynaqlar şişir, ürək döyüntüləri tezləşir  və dəriləri yaşıl rəngə çalırdı. Bütün əlamətlər orqanizmdə dəmir çatışmazlığından baş verirdi.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir