Bütün xanımlar əks çinsin diqqət mərkəzində olmağı sevir. Sadəcə kimsə bunu etiraf edir, kimsə bunu bəylərdən gizlətməyi üstün tutur. Əgər siz də bütün qadınlar kimi diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin.
Saç düzümünüzə fikir verin
Çalışın saç düzümünüzə qarşı diqqətli olun. Sizi cəlbedici göstərməyən saç düzümü rahat olsa belə onu heç bir zaman etməyin.
dan istifadə edin
Xanım görünüşünə cazibə əlavə etmək üçün bəzək və zərgərlik əşyaları istifadə etməlidir. Heç bir bəzək əşyalarından istifadə etməyən qadının imici darıxdırıcı görünür.
Zərif olun
Qadın idarəçiliyə meyilli olmamalıdır. Əgər qadın daim mübahisə edirsə, o, ailədə və cəmiyyətdə öz yerini tapmayacaq. Hələ ki, qalmaqal heç bir qadını gözəlləşdirməyib.
Kişi geyimlərindən istifadə etməyin
Cins geyimlər və şalvarlar qadın bədən quruluşunu vurğulaya bilər. Bundan əlavə, onlar çox əlverişlidir. Ancaq onları davamlı geyinmək qadın zərifliyini unutdurur. Psixoloqlar hesab edirlər ki, hər qadının qarderobunda ətək və don çox olmalıdır. Onu da qeyd etmək lazımdır ki, qadın qarderobunun parlaq geyimlərdən ibarət olması tövsiyə edilir.