sevgi

Kişilərin sevirmiş kimi rola girdiklərini göstərən əlamətləri

Baxış sayı: 548

Kişilər həqiqətən sevəndə özlərini həyatındakı insana həsr edirlər. Sevdiyi insan həyatında ən böyük prioritetə çevrilir. Onlar istədiyi qadına bağlılığını hər hərəkəti ilə göstərir. Ancaq bəzi kişilər bu mövzuda tamamilə rola girə bilərlər.

Beləliklə, xarici mediaya istinadən kişilərin sevirmiş kimi rola girdiklərini göstərən əlamətləri təqdim edirik: 

 

Bədən dili fərqi 

 O, “səni sevirəm” sözlərini təkrarlaya bilər, amma bu məsələdə həqiqətən ciddidirmi? Bu vəziyyəti tam başa düşmək istəyirsinizsə, həyatınızdakı kişinin bədən dilini diqqətlə izləyin. Sizi sevməyən kişinin təbəssümü saxta olacaq.

Həmçinin, onların əl hərəkətlərinə və üz ifadələrinə də diqqət yetirin. Danışarkən göz kontaktı qurmasa və bundan qaçarsa, xırda toxunuşlar etməzsə, sizə olan sevgisi yalan ola bilər.

 

Sözləri və hərəkətləri üst-üstə düşməyəndə 

Həyatınızdakı kişi sizi həqiqətən sevirsə, dəqiq və qərəzsiz hərəkət edəcək. Verdiyi sözləri və ya işlətdiyi cümlələri hər zaman hərəkətləri ilə göstərəcək. Ancaq həyatınızda olan kişi tez-tez fikirlərini dəyişirsə, tutarlı cavablar vermirsə və qarışıq cümlələr işlədirsə, onun sizə qarşı olan sevgisi saxta ola bilər.

 

Onun həyatında birinci deyilsəniz 

Bir kişi həqiqətən sevirsə, həmin qadın onun həyatında prioritet olacaq. Kişilər sevdiyi qadınla vaxt keçirmək istəyir. Onların həyatında  digər insanlar sevgilisindən sonra gəlir. Bütün vaxtını, hətta hər anını səninlə keçirməyi səbirsizliklə gözləyir. Ancaq həyatınızdakı kişi sizin əvəzinizə dostlarına əhəmiyyət verirsə və bu halın sizi narahat edəcəyini düşünmürsə, onun sizə olan hissləri real olmaya bilər. Ətrafındakı insanları sizdən üstün tutursa, aranızda olan hisslər saxta olmuş ola bilər.

SEVGI

Sizi daim məyus edirsə 

Həyatınızdakı kişinin sevgisi həqiqi deyilsə, o, sizi məyus etməkdən çəkinməz. Belə ki, eyni səhvləri tez-tez edəcək. O, sizin fikirlərinizlə maraqlanmır, sizi incitməkdən qorxmursa, deməli, onun həyatında dəyərli deyilsəniz. Ən əsası isə sizin üçün dəyişməyi gözə almırsa, ondan uzaqlaşmağınız məsləhətdir.

 

Aldadılma 

Əgər bir kişi sizi aldadırsa, aranızdakı münasibət heç vaxt güclü ola bilməz. Kişi həqiqətən sevəndə həyatındakı qadına bağlı olur. Ondan başqa heç kimi görə bilmir. Halbuki, sevgisi yalan olan kişi sizinlə maraqlanmayacaq. Həmişə fikri digər qadınlarda olacaq və başqaları ilə flirt etməkdən çəkinməyəcək. Belə insanlar istənilən vaxt sizi aldada bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir