Əziz xanımlar, xoşunuza gələn kişinin xəyallarındakı qadın olmaq istəyirsizsə,“Gencaile.az”-ın təqdim etdiyi bu tövsiyələrinə əməl edin:
– Qaçan həmişə qovalanır.
– Kişi ilk olaraq özünüzdə kompleks etdiyiniz nəyisə tapmağa çalışacaq.
– Özünüzə inansanız və güvənsəniz, kişini də buna inandıra bilərsiz.
– Qadın asanlıqla təslim olmayanda, hər yerdə, hər an yumşaq xarakterli bir davranış sərgiləməyəndə onun qəlbini qazanmaq kişi üçün daha maraqlı olacaq.
– Qadın özünə olan sevgi və hörmət arasında seçim etmək istərsə, hörməti seçməlidir. Bu, gec, ya tez qarşınızdakı kişidə də sizə qarşı hörmət oyandıracaq.
– Kişiyə qarşı özünüzə güvəndiyinizi bəlli edən addımlarla irəliləyin.
– Qaydalarınız və həddlərinizin olması özünüzə güvəninizin olduğunu göstərəcək.
– Ancaq həyatınızı kişiyə görə şəkilləndirməyiniz bir anda var olan şəxsiyyətinizi silib apara bilər. Halbuki həyata qarşı dimdik duran bir qadın olduğunuza ilk əvvəl özünüz inanmalısız.
– Qadın birlikdə olduğu kişiyə rahat nəfəs alması üçün vaxt tanımalıdır. Beləliklə, qarşısındakı kişi qəfəsdəymiş kimi hiss etməz. Hər iki tərəfin də özünə aid şəxsi həyatı və zamanı olmalıdır.
– Kişi hər münasibətin dərinliyinə dalmayan bir qadın olmadığınızı anlayarsa, narahatlığınızı yox etmək üçün daha incə davranacaq.
– Onunla bərabər olmağa ehtiyacınız olduğunu deyil, xoşlandığınız və gözəl anları çoxaltmaq istədiyiniz üçün yanında olduğunuzu hiss etdirin.
– Hər kişi cazibədar hesab etdiyi qadına yaxınlıq duyacaq, sonra münasibət istəyib-istəmədiyinə qərar verəcək.
– Bir qadın başqa bir qadınla rəqabətə girərsə. öz dəyərini azaltmış olar.
– Buraxın nəzarətin onun əlində olduğunu hiss etsin. Krala bənzəmək istəməsini xoş qarşılayın.
– Kişinin xəyallarındakı qadın olsanız, görüşdə hesabı sizin ödəmənizə icazə verməyəcək.
– Kişiyə onun güclü olduğunu hiss etdirsəniz, bundan xoşu gələcək.
– Onun yanında özünüzü güvəndə hiss etdiyinizi bəlli edin.
– Kişilər az və öz danışan qadınları xoşlayırlar.
– Siz xoşbəxt olanda o, özünü daha sərbəst və güclü hiss edəcək. Gülümsəyin və yaşanan hər anın dadını çıxarın.
– Həmişə şikayət etməniz onun üçün bir zəiflik hesab olunur.
– Yanlış hesab etdiyiniz məsələlər haqqında məntiqli şəkildə mübahisə etməyi bacarsanız, sizə hörməti artacaq.
– Kişiyə bağlı olmayın, kişinin yanında olun.
– Həmişə “bəli”, “yaxşı, necə istəyirsən”, – deyən qadın özündən çox kişiyə inandığını ifadə etmiş olur ki, kişilər də bunu zəiflik hesab edir.
– Həqiqətən güclü qadınlar niyə hörmətə ehtiyac duyduqlarını açıqlamazlar. Sadəcə özlərinə hörmət etməyən kişilərlə işləri olmaz!