evlenmek

Kişilər evlənməyi daha çox istəyir- ARAŞDIRMA

Baxış sayı: 1. 190

Həmişə qadınların kişiləri evlilik tələsinə salmaq istədiklərini düşünürlər. Halbuki yeni araşdırmaya görə, kişilər daha çox bağlılığa həvəslidir.

Beş min subay oğlan və qız arasında aparılan araşdırma zamanı kişilərin uşaq sahibi olmağa, bir qadınla eyni büdcəni bölüşməyə və onunla vaxt keçirməyə daha istəkli olduğu ortaya çıxıb.

Araşdırmanın nəticələrinə görə, 21-34 yaş arası kişilərin yüzdə 51-i, qadınların isə yüzdə 46-sı uşaq sahibi olmaq istəyir.

Eyni zamanda kişilər maliyyə paylaşımına daha həvəslidir. Kişilərin sadəcə yüzdə 47-si bank hesabını paylaşmağa yaxşı baxmadığı halda, qadınların yüzdə 66-sı buna soyuq yanaşır.

Kişilər qadınlarla daha çox vaxt keçirmək istəyirlər. Münasibəti olan kişilərin yüzdə 58-i bəzən təkbaşına qalmağı seçib, bunu istəyən qadınların nisbəti yüzdə 77-dir. Kişilərin yüzdə 8-i, qadınların yüzdə 12-si tətilə tək çıxmağın tərəfdarıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir