man-and-woman-370x229

Kişilər özlərinə bənzəyən qadın axtarışındadırlar

Baxış sayı: 1. 738

Fransalı alimlər araşdırmada iştirak edən 100-dən çox kişiyə fotoşopla dəyişdirilərək qadın halına salınan öz şəkillərini və başqa qadınların şəkillərini göstəriblər. Kişilərdən 89 nəfəri fərqində olmadan öz şəklini göstərərək həmin qadını bəyəndiyini bildirib.

Tədqiqatlar nəticəsində kişilərin özləri ilə eyni rəngdə saç və göz rənginə sahib olan qadınlara aşiq olduqları ortaya çıxıb. Hətta üzündə qəmzəsi olan kişilər qəmzəli qadınlardan xoşlanarkən, qəmzəsi olmayan kişilər isə belə qadınları bəyənmədiklərini bildiriblər. Bütün bunlar kişilərin özlərinə oxşayan qadın axtarışında olduqlarını göstərir.

Alimlər qadınlarda da vəziyyətin eyni olub-olmadığını bilmək üçün araşdırma aparacaqlarını bildiriblər.

Bəzi mütəxəssislər isə nəticənin tam fərqli olacağından əmindirlər. Onlar bunu qadınların kişilərdən fərqli olaraq xarici görkəmə çox önəm verməmələri, kişinin xasiyyəti və gəliri kimi xüsusiyyətlərə daha çox diqqət etmələri ilə əsaslandırırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir