çəplik

Uşaqlarda çəplik: müalicəsini gecikdirməyin!

Baxış sayı: 3. 874

Binokulyar görmənin inkişafı 10-12 yaşına qədər davam edir və sonra öz funksiyasını tamamlayır. 10-12 yaşına qədər uşaqlarda ortaya çıxa biləcək göz narahatlıqları ambliopiyə yol aça bilər. Çəplik də ambliopiyə səbəb olan göz problemlərindəndir. Göz qaralarında sürüşmə olduğunu görmək asan olsa da, bəzən xarici görünüş aldadıcı ola bilər.

Ən təhlükəli hal körpə doğulduqdan sonra ilk 6 ay ərzində başlayan çəplikdir. Bu cür hallarda baş verən gecikmələr ciddi görmə pozğunluğuna səbəb olur. Xüsusən az yaşlı körpələrdə rastlanan göz bəbəklərində sürüşmə hallarının normal qəbul edilməsi gələcəkdə düzəldilməsi çətin olan ciddi göz probleminə yol aça bilər. 6 aydan sonra başlanan çəpliyə gələcəkdə miyopi (uzaqgörməmə) və hipermetrop kimi qüsurların təsiri olur. Bəzi xəstələrdə sadəcə adi müalicə və eynək istifadəsi ilə çəplik həll edilə bilsə də, bəzi hallarda bir neçə əməliyyata ehtiyac duyulur. Buna görə çəpliyin müəyyənləşdirilib müalicəsi edilməsində gecikmək olmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir