Bilirsinizmi, “Reputation Management”də, təəccüblü də olsa, kök olmağın bir çox üstünlükləri var. Təbii ki, danışdığım köklük qeyri-sağlam həyat tərzindən ortaya çıxan aşırı artıq çəki deyil. Bu tip köklüyə el dilində dolu bədən, toppuş və ən məşhuru sümüyü qalın deyirik? Kök insanın reputasiyasına təsir edən 3 müsbət cəhəti sadalamaq istəyirik:
1) Güvənc və etibar maksimum
Auditoriya kök insana daha tez güvənir və etibar edir. Buna səbəb kök insanın təhlükəsiz, mülayim və az zərərverici təəssürat yaratmasıdır.
2) Qısqanclıq və paxıllıq minimum
Kök insanın məqsədləri ilə bağlı qərar verən auditoriya (indiki və ya gələcək rəhbərləri, investorları və s.) adətən özlərini fiziki və psixoloji cəhətdən ondan daha güvənli və ya güclü hiss edir, bu da kök insanlara qarşı qısqanclıq və paxıllıq hisslərini minimuma endirir.
3) Tam komfort
Kök insanın stabil tərzi, gündəlik həyatdan həzz almağı xoşlaması və daha az ambisiyalı olma ehtimalı auditoriyasının ondan gələn mesajları daha emosional qəbul etməsinə və qarşılıqlı əlaqələrdə daha rahat olmalarına şərait yaradır.