xestelik

Koronavirus uşaqlarda hansı ciddi xəstəliklərə yola aça bilər?

Baxış sayı: 751

Türkiyənin tanınmış professoru, uşaq infeksion xəstəlikləri üzrə mütəxəssis Mehmet Ceyhan koronavirusun uşaqlarda 1-ci tip diabet xəstəliyinə yol aça biləcəyini deyib.

“Virus hər sistemi saxlaya biləcəyi üçün uşaqlarda da 1-ci tip diabetə səbəb ola bilər. Anormal immun reaksiya ilə mərkəzi sinir sistemində, yəni beyin, ürək, ağciyər, tiroid, mədəaltı vəzi və hətta reproduktiv orqanlarda dəyişikliklərə səbəb ola bilər. Bunlar uzunmüddətli diabet kimi ağırlaşmalara gətirib çıxarır. Artıq bilirik ki, infeksiya hər orqana təsir edə bilər”, – ekspert qeyd edib.

Həkim onu da bildirib ki, mədəaltı vəzi təsirləndikdə nəticələri bir neçə il sonra üzə çıxır:

“Odur ki, növbəti illərdə faizlərə baxmaq lazımdır. Valideynlər özləri və övladları üçün COVID-19-dan qorunmağa çalışmalıdırlar. Multisistemli iltihab xəstəliyinin müalicəsi yoxdur. Koronavirusu müalicə edən hələ də təsirli dərman yoxdur. Xüsusilə uşaqların müalicəsində bəzi dərmanların əks təsiri olduğu üçün onları istifadə etmirik. Beləliklə, yalnız bir üsul var – mümkün qədər tövsiyələrə əməl edərək xəstəliyin uşaqlara ötürülməsinin qarşısını almaq. Üstəlik, koronavirusun uşaqlarda hansı fəsadlara yol açması sonrakı illərdə bəlli olacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir