qasinma

Koronavirus xəstələrini gözləyən BÖYÜK TƏHLÜKƏ

Baxış sayı: 760

Necmettin Erbakan Üniversitetinin professoru Arzu Ataseven son dönəmlərdə gözlənilməz şəkildə koronavirusla bağlı olan dəri problemlərinin daha çox görünməyə başladığını qeyd edib.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən istinadən xəbər verir ki, professor koronavirus infeksiyasının bir çox orqanlara olduğu kimi dəriyə təsir etdiyini iddia edib: “Koronavirus bütün orqanlarda olduğu kimi, çoxsaylı dermatoloji problemlərə də səbəb olur. Koronavirus diaqnozu qoyulmadan öncə dəri problemləri ilə bizə müraciət edən xəstələrlə qarşılaşırıq. Çox müxtəlif dəri problemlərini gördükdə xəstədən koronavirusun klassik əlamətləri barədə soruşuruq. Təxminən hər 5 qadından 1-də dəri problemləri aşkar olunur. Xəstələr xüsusilə qızartı simptomları ilə müraciət edir. Eyni zamanda xalq arasında kurdeşen deyilən ürtiker simptomları ilə də gələnlər olur. Hətta bəzi xəstələrdə su çiçəyinə bənzər sulu səpkilərlə də rastlaşırıq”.

CO)VID-19-la əlaqəli xəstələrin saç tökülməsi problemlərinin davam etdiyini deyən professor bu narahatlığın kişilər arasında geniş yayıldığını qeyd edib: “Xüsusilə koronavirus infeksiyası keçirdikdən 2-4 ay sonra saş saç tökülməsi başlayır. Saç tökülməsinin başlıca səbəbi xəstələrin ciddi stress keçirməsi ilə əlaqədardr. Stress xalq arasında mövsümi saç tökülməsi deyilən nəticələrə gətirib çıxarır. Kişilər arasında bu problemdən əziyyət çəkənlər daha çoxdur, amma qadınlar arasında da rast gəlinir. Xüsusilə son zamanlar sürətli artım var”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir