KORONAVIRUS

Koronavirusa yoluxan şəxs azı 6 ay ərzində… – ARAŞDIRMA

Baxış sayı: 735

COVID-19-a yoluxan şəxsin azı 6 ay ərzində yenidən virusa yoluxma ehtimalı çox aşağıdır. Bu barədə Oksford Universitetinin alimləri araşdırma aparıb.

Universitet tərəfindən səhiyyə işçiləri üzərində aparılan tədqiqat aprel-noyabr ayları arasında 30 həftəlik bir dövrü və 12 min tibb personalını əhatə edib.

Bu müddət ərzində 11 min 52 səhiyyə işçisindən 89-da simptomları olan koronavirus aşkar edilib. Bədənləri antikor istehsal edən 1246 şəxsin bu müddət ərzində bir daha xəstəliyə yoluxmadığı müşahidə edilib.

Universitetin professoru David Eyre bunun müsbət hal olduğunu bildirib: “Bu, həqiqətən yaxşı xəbərdir. Əmin ola bilərik ki, COVID-19 testinin nəticəsi müsbət olan insanların əksəriyyəti ən azından qısa müddətdə bir daha xəstəliyə yoluxmayacaq”, – o qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir